heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi

18-05-2026, 11:47 127 dəfə baxılıb


Sərfəli mobil operator “Nar” DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən həyata keçirilən “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib. 
WUF13 öncəsi Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan layihə əlilliyi olan şəxslərin peşəkar inkişafının və inklüziv iş mühitinin təşviqinə yönəlib.
Tədbirdə “Nar”ın baş icraçı direktoru Özgür Genc şirkətin inklüziv təşəbbüslərə verdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Həmçinin layihə iştirakçıları tərəfindən hazırlanan əl işi hədiyyə şirkət rəhbərinə təqdim edilib.
Qeyd edək ki, “Nar” layihə çərçivəsində 25 nəfər əlilliyi olan şəxs üçün 2 ay müddətində şirkətin müxtəlif departamentlərində təcrübə proqramı təşkil edib. İştirakçılar bu müddət ərzində real iş mühiti ilə tanış olub, gündəlik iş proseslərində iştirak edərək peşəkar və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
“Nar” sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqinə və bərabər imkanların genişləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
                                                                                                  
                                                                                                      





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930