heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Yeni səfirlərimiz onlar oldu

12-08-2026, 21:59 200 dəfə baxılıb


Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiyada və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

                                                                                                                                                                                                                       
Ad -  00:11              

Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Həmçinin imzalanan daha bir Sərəncamla E.Sultanov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
İlham Əliyevin imzaladığı daha bir Sərəncama əsasən, Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Latviyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, ötən ay Prezidentin Sərəncamı ilə N.Mustafayeva Türkiyənin İstanbul şəhərində Azərbaycanın baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılmışdı.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930