heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Təəssüf ki, uğurlarından daha çox baş verən biabırçı hadisələrlə gündəmdən düşməyən Goranboy Rayon Mədəniyyət şöbəsində hər gün yeni məlumatlar yayılır

25-07-2025, 10:02 59 dəfə baxılıb


Son vaxtlar daha çox təcrübə labarotoriyasını xatırladan Goranboy Mədəniyyət Şöbəsində, baş verənlərə baxdıqda idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur.
"Heqiqixeber.az"-a daxil olan məlumata əsasən, Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon üzrə nümayəndəsi  İsax Məmmədov istirahət zamanı rəhbərə və məmura xas olmayan geyim ilə şəkil çəkdirərək həmin fotonu özünə məxsus "Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy rayon Mədəniyyət Sektorunun baş məsləhətçisi İsax Məmmədovun" Instagram sosial şəbəkə hesabında paylaşım edib.
İsax Məmmədovun rayon Mədəniyyət Mərkəzi və kənd müəssisələrinin sıfra bərabər olan fəaliyyətlərindən xəbəri varmı və bu kimi neqativ halların aradan qaldırılmasında niyə ölçü götürmür? maraqlıdır.
Bu kimi hallardan Mədəniyyət Naziri Adil Kərimli və Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədovun xəbəri olsa belə Goranboy Mədəniyyətindəki özbaşınalıqlara göz yumur.
İddiaya görə İsax Məmmədov Goranboy Rayon Borsunlu Kənd Uşaq Musiqi məktəbinə "10" (on min)  manat qarşılığında  məktəbin müəlliməsi Günay Allahverdiyevanı direktor əvəzi olaraq müvəqqəti təyin edib.
İsax Məmmədovun Goranboy Mədəniyyətindəki nümunəvi xidmətləri budur.
Goranboy Mədəniyyəti batıb gedir, kənd və qəsəbələrdə fəaliyyət göstərən bir çox  Mədəniyyət evləri və klubların fəaliyyəti sıfra bərabərdir, eyni zamanda işə davamiyyət ürəkaçan deyil və hərkəs öz istirahətindədir.
İsax Məmmədov özünüzə vaxt ayırıb dincələrək "ŞORTİKDƏ" şəkil çəkdirib paylaşdığınız kimi kənd müəssisələrinin fəaliyyətinə də nəzər yetirin.
Davamı var. Bizi izləyin.
Qarşı tərəfin mövqeyini tanıyırıq.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031