heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Sabunçu rayon Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbin direktoru Sabahət Ağayeva : “Üçrəngli Bayraq mənim deyil…”

5-09-2024, 16:02 489 dəfə baxılıb




Sabunçu rayonu  Mastağa qəsəbəsi 209 saylı tam orta məktəbdə   Azərbaycan Respublikasının bayrağının cırılmış vəziyyəti sakinlər tərəfindən qəbul olunmadığından bununla bağlı həmin ərazidə yaşayan vətəndaşlar  tərəfindən  xoşagəlməz  görüntülər çəkilib bizim saytın “MOZALANTV.AZ”-ın qaynar xəttinin  vatçap mobil nömrəsinə  göndərilib.
Bizdə   dərhal  məsələylə  bağlı səsləndirilən  iddiaların əsaslı olub-olmadığını  araşdırmaq üçün adı çəkilən   məktəbə yollandıq və gördüyümüz   mənzərə  bir o qədər də ürəkaçan olmadı.  Belə ki,  məktəbin  direktoru  Sabahət  Ağayeva  iş saatının olmasına baxmayaraq,  iş kabinetində deyildi. Buna  baxmayaraq, özünü  bizə direktorun  katibəsi kimi təqdim edən  xanım üçün gəlişimiz heç də xoşagələn olmadı.  Həmin katibə  ilə bir az yolüstü söhbətdən sonra bizi   məktəbin  direktor  müavini  Xatirə müəlimə  qəbul etdi və  direktorun hal-hazırda işdə olduğunu  və bizimlə  tez bir zamanda əlaqə saxlayacağını bildirdi.
Bəli,  direktor  bizimlə qeyri-iş saatlarında əlaqə  saxladı. Necə deyərlər, “həm suçlu-həm güclü”  prinsipi ilə,  aqressiv və bir az da kobud davranışla  “siz kimsiz ki, bura gəlmisiniz? Biz  bura gələn  mətbuat  işçilərin  başına  nə  oyun açırıq  bilirsinizmi? “-sualını hədə-qorxu ilə səsləndirdi.
Təbii ki,  biz də  media olaraq  Müqəddəs  Azərbaycan Bayrağımızın cırılmış solmuş   və illərlə  dəyişilmədiyinə  kəskin şəkildə  iradımızı  bildirdik  və həmçinin  bununla  bağlı   videogörüntülərin   olduğunu bildirdik.
Direktor  bizə   kinayə ilə “gedin nə istəyirsiniz edin.  Belə çox ürəyiniz  yanırsa,  bayraq tək mənim deyil ki,  alın gətirin dəyişin”-deyərək sözünü bitirdi.
Bizə isə sonda  onu deyə bilərik ki, Azərbaycan Respublikasının Müqəddəs üçrəngli  bayrağı təkcə mənim, sənin, onundur deyə belə bir cümlə ilə yazılmış hər hansı mövcud olan bir  qanun yoxdur.
Bu müqəddəs bayraq ilk öncə  dövlətə  məxsusdur. Bu bayrağı qorumaq isə hər bir azərbaycanlı vətəndaşın müqəddəs borcudur.  Odur ki, vətənə  olan borcumuzu unutmayaq!
Məsələylə bağlı  qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
Mozalantv.az-a istinadən dərc olunub.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2024    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930