heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Tanınmış iş adamı həbsdən buraxıldı

25-07-2025, 10:39 16 dəfə baxılıb


Dələduzluq ittihamı ilə həbs olunan tanınmış iş adamı Rövşən Mehdiyev azadlığa çıxıb. 
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə məhkəmə qərar qəbul edib.
Qərara əsasən, Rövşən Mehdiyev ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, R.Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin rəhbəridir. O, həmçinin Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin, 2022-ci ildə Azərbaycanda yaradılmış “Union Logistika” şirkətinin təsisçisidir.
İş adamı məhz “Union Logistika” ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Belə ki, müştərilər Çindən aldıqları müxtəlif məhsulları şirkətə təhvil versələr də, malları onlara çatdırılmayıb. Faktla bağlı polis tərəfindən aparılan istintaq nəticəsində Rövşən Mehdiyev 2025-ci ilin yanvarında həbs olunmuşdu.
Sail Ağasəlim





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031