heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Total” yağ brendinin təmsilçisindən generala qarşı nalayiq ifadələr – Sosial şəbəkələrdə qalmaqal!

27-07-2025, 16:14 46 dəfə baxılıb


Fransa mənşəli “Total” yağ brendinin Azərbaycandakı nümayəndəsi Mehman Əbdurrəhmanov ciddi qalmaqalla gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan məlumata görə, o, yüksək rütbəli bir generala qarşı nalayiq və təhqiramiz ifadələr səsləndirib. Məlumatlarda bildirilir ki, bu ifadələri o, hətta özünün dəbdəbəli villasının həyətində video çəkilişi zamanı dilə gətirib.

Sözügedən görüntülər ildırım surəti ilə sosial platformalarda yayılıb və ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Qısa müddət ərzində isə yayımlanan görüntü “Total”ın nümayəndəsi Mehman Əbdurrəhmanov tərəfindən sosial şəbəkədən silinib. Bu da haqlı olaraq cəmiyyət arasında belə bir şübhə doğurub ki, Mehman Əbdurrəhmanovu ya yüksək çinli məmur himayə edir, ya da maddi imkanlarına güvənərək özünü toxunulmaz hesab edir.

Əldə olunan əlavə məlumatlara görə, “Total” şirkətinin yağ məhsulları Azərbaycana qanuni yollarla idxal olunsa da, Mehman Əbdurrəhmanov tərəfindən bu işlə bağlı sənədlərdə saxtakarlıq hallarına yol verildiyi iddia olunur. Onun adı artıq başqa bir iqtisadi cinayət işi ilə bağlı da hallanır. Məlumatlara əsasən, hazırda bu iş üzrə məhkəmə prosesi davam edir.

Qeyd etmək yerinə düşər ki, Mehman Əbdurrəhmanovun Azərbaycanda çoxsaylı əmlaklara sahib olduğu deyilir. Maraqlısı isə budur ki, bu əmlakların əksəriyyəti onun öz adına yox, dövlət xəstəxanalarının birində sadə laborant kimi çalışan anasının adına rəsmiləşdirilib. Bu fakt isə əmlakların mümkün mənşəyinin araşdırılması üçün ciddi əsas verir.

İctimaiyyət və media nümayəndələri “Total” şirkətindən bu hadisəyə münasibət bildirilməsini gözləyir. Belə bir qalmaqal fonunda şirkətin rəsmi mövqeyi, həm Azərbaycan ictimaiyyəti, həm də hüquq-mühafizə orqanları üçün xüsusi əhəmiyyət kəsb edir.

Araşdırmalarımız davam edir.

Qarşı tərəfin mövqeyini yanıyırıq.

 

Heqiqixeber.az

 

https://www.tiktok.com/@heqiqixeber.az/video/7531388375966813447?_r=1&_t=ZS-8yN8uGJLX8B





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031