heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub

Сегодня, 12:15 22 dəfə baxılıb

Həqiqixəbər və Xüsusi.Tv-nin əldə etdiyi məlumata görə, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında  gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub. Hadisə 10 sentyabr tarixində, saat 02:30 radələrində qeydə alınıb.

Sakinlərin şikayətlərinə əsasən, gecə vaxtı aparılan ağır texnika ilə söküntü işləri ictimai asayişi pozaraq insanların dincəlməsinə maneə yaradıb. Məsələ ilə bağlı jurnalistlər hadisə yerinə cəlb olunub.

Həqiqixəbər Xüsusi.Tv və bir neçə media orqanının əməkdaşları ərazidə çəkiliş apararkən məlum olub ki, tikinti işlərinə havadarlıq edən, adı hələlik müəyyən edilməyən bir qadın jurnalistlərin fəaliyyətinə mane olub və onların ünvanına əsassız ittihamlar səsləndirib.

Daha sonra 102 Zəng Mərkəzinə rəsmi müraciət edilib. Müraciət əsasında 29-cu Polis Bölməsinin çevik alayı hadisə yerinə gəlib və dərhal tədbir görərək qanunsuz söküntü-tikinti işlərini dayandırıb.

Hadisə yerində jurnalistlərə təzyiq göstərən qadın isə hüquqi araşdırmalar aparılması məqsədilə polis bölməsinə aparılıb.

Qanunvericiliyə görə, hər hansı tikinti və ya söküntü işlərinin aparılması üçün aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması tələb olunur. İcazəsiz aparılan fəaliyyət isə qanunsuz tikinti hesab olunur və inzibati, hətta cinayət məsuliyyəti yarada bilər.

Hazırda Yasamal rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlama verməsi gözlənilir.

Həqiqixəbər və Xususi tv komandası və digər media qurumlarının əməkdaşları hadisə yerində olub, bütün baş verənləri lentə alıb və mövzu ilə bağlı araşdırmanı davam etdirir.







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930