heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Antisanitar vəziyyət, şübhəli ət məhsulları və laqeydlik – Moskva prospektindəki kafe ictimai sağlamlığa təhdid yaradır. FAKT-VİDEO

3-11-2025, 14:07 59 dəfə baxılıb


Nəsimi rayonunun Moskva prospekti 212 A ünvanında yerləşən bir kafe barədə sakinlərdən və müştərilərdən daxil olan şikayətlər son dövrlər artmaqdadır. Söhbət həm qida təhlükəsizliyi, həm də ümumi sanitar vəziyyətlə bağlı ciddi problemlərdən gedir. Əldə etdiyimiz məlumatlara görə, burada xidmət göstərən bu ictimai iaşə müəssisəsində antisanitariya halları baş alıb gedir, qidaların hazırlanması və saxlanılması qaydalarına riayət olunmur.

Xüsusilə narahatlıq doğuran məqam – kabab və digər ət məhsullarının mənşəyinin bəlli olmamasıdır. Məlumdur ki, ət və ət məhsulları kimi tez xarab olan qidalar xüsusi şəraitdə saxlanmalı, müvafiq sertifikatla müşayiət olunmalı və keyfiyyəti rəsmi laboratoriya nəticələri ilə təsdiqlənməlidir. Lakin sözügedən kafedə bu qaydaların kobud şəkildə pozulduğu iddia olunur. Şahidlərin bildirdiyinə görə, burada istifadə olunan ətlərin haradan gətirildiyi, necə emal olunduğu və gigiyenik tələblərə cavab verib-vermədiyi barədə heç bir məlumat təqdim edilmir.

Son vaxtlar isə şəhər ərazisində qidadan zəhərlənmə hallarının artması diqqət çəkir. Əgər bu zəncirin bir halqası da Moskva prospektindəki həmin kafe ilə bağlıdırsa, bu artıq təkcə yerli səviyyədə deyil, ümumşəhər miqyasında ciddi təhlükə deməkdir. Hər gün onlarla insanın burada qidalandığı nəzərə alınsa, bu, ictimai sağlamlıq üçün açıq təhlükə mənbəyidir.

Bəs Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu vəziyyətdən xəbərdardımı? Əgər xəbərdardırsa, niyə tədbir görülmür? Əgər xəbərsizdirsə, bu da ayrıca problem deməkdir. Çünki ölkədə qida təhlükəsizliyinə nəzarət, məhz bu qurumun birbaşa vəzifəsidir. Agentliyin əsas missiyası insanların sağlamlığını qorumaq, təhlükəli qida məhsullarının satışına və istehlakına qarşı mübarizə aparmaqdır. Amma görünür, bəzi hallarda bu nəzarət ya zəifdir, ya da ümumiyyətlə yoxdur.

Belə hallarda ən çox zərər çəkən isə vətəndaşlardır. İnsanlar evlərindən kənarda qidalanarkən bir fincan çay və ya bir porsiya kababın arxasında hansı təhlükənin dayandığını bilmir. Onlar dövlət orqanlarının məsuliyyətinə, müəssisələrin vicdanına və qanunların işləməsinə güvənirlər. Amma təəssüf ki, bəzən bu etimadın qarşılığı olmur.

Məsələ ilə bağlı həmin kafeni işlədən sahibkarla əlaqə saxlamağa cəhd olunsa da, bu, mümkün olmayıb. Sual yaranır: əgər hər şey qaydasındadırsa, niyə sahibkar mövqe bildirməkdən çəkinir? Susqunluq çox zaman günahın etirafı kimi qəbul olunur. Əgər doğrudan da hər hansı sənəd və ya rəsmi icazə mövcuddursa, sahibkar bunu ictimaiyyətə göstərməkdən çəkinməməlidir. Əks halda, bu vəziyyət həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir.

Unutmaq olmaz ki, ictimai iaşə müəssisələri sadəcə biznes deyil, insanların sağlamlığı ilə birbaşa əlaqəsi olan sahədir. Burada antisanitariya hallarına yol vermək, keyfiyyətsiz ət məhsullarından istifadə etmək, sanitar qaydaları pozmaq – əslində, vətəndaşın həyatına təhlükə yaratmaq deməkdir. Bu, həm etik, həm də cinayət məsuliyyəti yaradan məsələdir.

Dövlət orqanlarının, xüsusilə də Qida Təhlükəsizliyi Agentliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin bu kimi hallara dərhal reaksiya verməsi vacibdir. Qida təhlükəsizliyi sahəsində nəzarət yalnız sənədlərdə deyil, real həyatda təmin olunmalıdır. Əgər bu kafe və ya başqa iaşə obyektləri sağlamlıq normalarına əməl etmirsə, onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması qanunun tələbidir.

Vətəndaşların səhhətinə laqeyd yanaşmaq, mənfəət naminə insanların həyatını riskə atmaq bağışlanmaz məsuliyyətsizlikdir. Moskva prospektindəki bu kafenin fəaliyyəti dərhal yoxlanılmalı, nəticələr ictimaiyyətə açıqlanmalıdır.

Təhlükəsiz qida hər kəsin haqqıdır. Dövlət qurumlarının və medianın bu məsələdə fəal mövqe tutması həm vətəndaşların sağlamlığı, həm də cəmiyyətin etimadı üçün həyati əhəmiyyət daşıyır. Laqeydlik və səssizlik isə yeni zəhərlənmələrə, yeni faciələrə yol aça bilər.

Qarşı tərəfin möveyini tanıyırıq. 

 







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930