heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Xəbər saytlarının alınmasından qazanılan pullar - Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir?

4-11-2025, 21:27 314 dəfə baxılıb

"Global Media Group" patronu Elnur Abdullayev pərdə arxasında Azərbaycan mediasında əsas simalardan biri sayılır.

Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları həbs edilən SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəisi, tanınmış iş adamı Adnan Əhmədzadənin həbsindən sonra onunla əlaqələri diqqət mərkəzinə gələn isimlərdən biri də Elnur Abdullayevdir.

Fim.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara əsasən Elnur Abdullayevin həbs olunan oliqarxla adı daha çox media ilə bağlı səsləndirilir. Belə güman edilir ki, Elnur Abdullayev Adnan Əhmədzadənin media sahəsinə ayırdığı vəsaitlərin mənimsənilmlərində aktiv iştirak edən isimlərdən biridir.
Bəs Elnur Abdullayev kimdir?
Qeyd edək ki, Elnur Abdullayev Ziya Məmmədovun nazirlik dönəmində “Nəqliyyatın İtellektual İdarəetmə Sistemi” və “Dövlət Avtomobil Nəqliyyat Xidməti” kimi mühüm və gəlirli postla rəhbərlik edib. Onun birdən birə “media patronuna” çevrilməsi də elə bundan sonra başlayıb. Azərbaycanda bir sıra saytları satın alan Elnur Abdullayev Türkiyədə “Haber Qlobal” telekanalını qurub və hazırda bu telekanala rəhbərlik edir. Amma buna baxmayaraq, Elnur Abdullayev pərdə arxasında Azərbaycan mediasının əsas simalarından biri sayılır.
Belə ki, Elnur Abdullayevin rəhbərlik etdiyi "Global Media Group" 2017-ci ildən fəaliyyət göstərir. "Global Media Group" ölkədə fəaliyyət göstərən bir çox saytların “alqı-satqısında” iştirak edib. Məlumata görə bu “alqı – satqıda” şişirdilmiş rəqəmlər sayəsində "Global Media Group" rəhbərliyi külli miqdarda vəsait qazanıb.

Qarşı tərəfin mövqeyi tanıyırıq.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930