heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Mirrəhim Nəbiyev "İş axtaranları qul kimi işlədib". FAKT/İDDİA

16-11-2025, 20:55 221 dəfə baxılıb

Yevlax Regional Ağciyər Xəstəlikləri Mərkəzinin baş həkimi Mirrəhim Nəbiyev barəsində ciddi iddialar – “İş axtaranları qul kimi işlədib”
Yevlax sakini tərəfindən redaksiyamıza daxil olan müraciətdə Ağciyər Xəstəlikləri Mərkəzinin Yevlax Regional Xəstəxanasının baş həkimi Mirrəhim Mirdamət oğlu Nəbiyev barəsində ciddi iddialar səsləndirilib.
Şikayətçinin sözlərinə görə, 2025-ci ilin 23 iyul – 26 avqust tarixləri arasında Mirrəhim Nəbiyev 13 nəfər iş axtaranı xəstəxanaya çağıraraq, onları bir ay ərzində əmək müqaviləsi olmadan, pulsuz işlədib. Həmin şəxslər xəstəxananın müxtəlif bölmələrində — arxivdə, qeydiyyatda və digər sahələrdə çalışıblar.
Müraciətdə qeyd olunur ki, baş həkim həmin şəxslərə “ən yaxşı işçilərin” gələcəkdə xəstəxanada vakansiyalar üzrə işlə təmin olunacağına söz verib. Lakin müddət bitdikdən sonra bildirilib ki, guya xəstəxanada heç bir vakansiya yoxdur.
Şikayətçi yazır:
“Əgər vakansiya yox idisə, o zaman 13 nəfəri niyə bir ay ərzində qul kimi işlədirdi? Hər həftə imtahan keçirərək bizi stress altında saxlayırdı. Hətta bizi verəm xəstələri ilə təmasda saxlayırdı. Görünür, məqsədi xəstələrin sayını artırmaq idi.”
O, həmçinin bildirir ki, həmin dövrdə bəzi işçilər qeyri-qanuni vəzifə dəyişiklikləri ilə məşğul olublar — məsələn, “xadimə ştatında olan şəxs katibə kimi, arxivdə və qeydiyyatda çalışan kimi fəaliyyət göstərib”.
Şikayətçi deyir ki, məsələ ilə bağlı TƏBİB-ə və Ağciyər Xəstəlikləri Mərkəzinə müraciət edib, lakin indiyə qədər heç bir cavab verilməyib.
Onun sözlərinə görə, baş həkimin fəaliyyətindən narazı olan 5 nəfər əməkdaş da işdən çıxarılıb, hazırda onların bəziləri rayon prokurorluğuna və Baş Prokurorluğa şikayət ünvanlayıb.
Müraciətin sonunda şikayətçi qeyd edir:
“Xahiş edirəm, səsimi çatdırın. Bəlkə bu dəfə kimsə eşitdi.”7news.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930