heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“272 saylı körpələr evi–uşaq bağçasının müdiri Ədibə İsmayılova – məktəbəqədər təhsilin fədakar rəhbəri və uşaqlara sevginin simvolu”

17-11-2025, 12:00 122 dəfə baxılıb


Bakı şəhərinin nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri olan 272 saylı körpələr evi–uşaq bağçası təkcə uşaqların böyüdüyü yer deyil, həm də onların gələcək şəxsiyyət kimi formalaşdığı, sevgi və qayğı ilə əhatələndiyi bir məkandır. Bu mühitin əsas qurucusu, bağçanı uğurla idarə edən, kollektivin hörmətini və valideynlərin sonsuz etimadını qazanan şəxs isə bağçanın müdiri Ədibə İsmayılovadır. O, pedaqoji sahədəki zəngin təcrübəsi, idarəçilik bacarığı və uşaqlara qarşı bitib-tükənməyən sevgisi ilə adını məktəbəqədər təhsilin fədakar rəhbərləri sırasında layiqincə yazdırıb.

Ədibə İsmayılovanın fəaliyyəti, sözün əsl mənasında, təhsil sahəsinə sevginin və peşəkarlığın təcəssümüdür. Onun rəhbərliyi ilə 272 saylı bağça təkcə müasir standartlara uyğunlaşdırılmayıb, həm də uzun illərdir Balaca fidanların təlim-tərbiyəsində ən etibarlı ünvanlardan birinə çevrilib. Müasir tələblərə cavab verən tədris mühiti, uşaqların rahatlığı üçün yaradılan şərait, yenilənmiş sinif otaqları və oyun guşələri – bütün bunlar məhz Ədibə xanımın fədakar və məqsədyönlü fəaliyyətinin nəticəsidir.


Ədibə İsmayılova yaxşı bilir ki, uşaqların məktəbəqədər dövrdə aldıqları tərbiyə onların gələcək həyatlarının təməlini təşkil edir. Buna görə də o, hər bir uşağın fərdi inkişafına xüsusi diqqət ayırır. Bağçada tətbiq olunan təlim proqramları, psixoloji və pedaqoji yanaşmalar müasir tələblərə uyğunlaşdırılır, tərbiyəçi-pedaqoqların bilik və bacarıqları davamlı şəkildə təkmilləşdirilir. Ədibə xanım tez-tez pedaqoji kollektivlə görüşlər keçirərək bağçanın inkişaf strategiyasını birlikdə müzakirə edir, hər bir tərbiyəçinin inkişafına dəstək olur. Bu səbəbdən də bağçanın kollektivində həm peşəkarlıq, həm də səmimi komanda ruhu formalaşıb.

Onun rəhbərliyi altında çalışan kollektiv uşaqlara doğma münasibət bəsləyir, hər bir balacanın özünü güvənli, sevgi dolu bir ailədə hiss etməsi üçün səy göstərir. Bu sağlam mühit isə birbaşa Ədibə İsmayılovanın həyata keçirdiyi düzgün idarəçilik siyasətinin nəticəsidir. Təsadüfi deyil ki, bağçada çalışan hər bir tərbiyəçi, müəllim və texniki işçi öz fəaliyyətinə böyük məsuliyyətlə yanaşır, çünki onlar bilirlər ki, rəhbərləri tərəfindən hər zaman dəyər görür, dəstək alırlar.


Ədibə xanımın ən bariz xüsusiyyətlərindən biri insanlarla səmimi münasibət qurmağı bacarmasıdır. Valideynlərin müraciətlərinə həssaslıqla yanaşır, bağçaya gətirilən təklifləri diqqətlə dinləyir və onların həyata keçirilməsi üçün təşəbbüslər göstərir. Valideynlər onu həm peşəkar rəhbər, həm də mehriban bir insan kimi tanıyır və bu da bağçaya olan etimadı daha da artırır. Bu gün Bakıda bir çox ailələr bağça seçimi zamanı məhz 272 saylı körpələr evini seçirlərsə, bunun əsas səbəblərindən biri də Ədibə İsmayılovanın rəhbərliyi ilə formalaşan xoş atmosferdir.

Onun fəaliyyəti təkcə idarəçiliklə məhdudlaşmır. Ədibə İsmayılova hər zaman cəmiyyətin həssas qruplarına dəstək göstərən təşəbbüslərin önündə dayanır. Xüsusilə şəhid övladları, qazilərin uşaqları və aztəminatlı ailələrin balaları bağçada xüsusi qayğı ilə əhatə olunur. Ədibə xanım bu uşaqların sosial-psixoloji adaptasiyasına həssaslıqla yanaşır, onların tərbiyə prosesində iştirak edən mütəxəssislərlə birlikdə daha diqqətli və fərdi yanaşma nümayiş etdirir. Bu, onun yüksək insani dəyərlərə sahib, mərhəmətli və qayğıkeş rəhbər olduğunu bir daha sübut edir.


272 saylı bağça son illər ərzində həm maddi-texniki baxımdan, həm də təlim-tərbiyə sahəsində böyük irəliləyişlər əldə edib. Bağçada müasir metodik vəsaitlər, innovativ tədris alətləri tətbiq olunur, müxtəlif yaradıcı dərnəklər fəaliyyət göstərir. Uşaqlar incəsənət, musiqi, rəsm, idman və digər sahələr üzrə müxtəlif məşğələlərdə iştirak edir, öz istedadlarını inkişaf etdirirlər. Bu uğurlar isə təsadüfi deyil – bunların hər biri Ədibə İsmayılovanın məqsədyönlü siyasətinin, məktəbəqədər təhsilin innovativ inkişafına verdiyi töhfələrin real nəticəsidir.


Ədibə xanımın kollektiv içində qazandığı hörmət həm də onun ədalətli və prinsipial rəhbər olmasından qaynaqlanır. O, idarəçilikdə şəffaflığı, düzgünlük və məsuliyyəti prioritet tutur. Hər bir əməkdaşın əməyini yüksək qiymətləndirir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Bu da kollektivdə motivasiyanı yüksəldir, hər kəsin öz işinə daha böyük sevgi ilə yanaşmasına səbəb olur.

Bu gün Ədibə İsmayılovanın rəhbərliyi ilə fəaliyyət göstərən 272 saylı körpələr evi–uşaq bağçası Bakının nümunəvi məktəbəqədər təhsil müəssisələrindən biri kimi tanınır. Bağçada tərbiyə olunan uşaqlar gələcəyə inamlı, özünə güvənən, sağlam düşüncəli və xoş xasiyyətli böyüyürlərsə, bunun ən böyük səbəbi mühitin düzgün idarə edilməsi və rəhbərin peşəkarlığıdır.


Ədibə İsmayılova pedaqoji sahəyə sadiq, uşaqlara sevgi ilə xidmət edən, idarəçilikdə nümunə göstərən, yüksək insani dəyərlərə sahib bir mütəxəssisdir. Onun rəhbərliyi Azərbaycan məktəbəqədər təhsilinin inkişafına töhfə verir, gələcəyimizin etibarlı təməli olan balacaların sağlam və düzgün yetişməsinə xidmət edir. Bu gün onun adı peşəkarlığın, fədakarlığın və uşaqlara olan məhəbbətin rəmzi kimi dəyərləndirilir və bu dəyəri Ədibə xanım öz gündəlik zəhməti, səmimiyyəti və vicdanlı fəaliyyəti ilə qazanıb.Xüsusi ilə qeyd edək ki, dövlət bayramları 272 saylı körpələr evində xüsusi ilə qeyd olunur, fidanlarımız vətənpərvər ruhda tərbiyələnirlər.
Biz də redaksiya olaraq bağçanın müdiri Ədibə İsmayılovaya və bütün kollektivinə dərin təşəkkür edirik.

 

Məhruba Usubova

Baş redaktor





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ноябрь 2025    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930