heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Abşeronun Məmmədli kəndində qanunsuz tikinti iddiaları: qurumlar susur

2-01-2026, 14:24 1 077 dəfə baxılıb


Abşeron rayonu Məmmədli kəndində qanunsuz tikinti faktları ilə bağlı ciddi iddialar irəli sürülür. Yerli sakinlərin və əldə olunan məlumatların bildirdiyinə görə, kənd ərazisində, xüsusilə də “Tovuz qəbiristanlığı”nın yaxınlığında icazəsiz evlər tikilir və bu evlər kredit adı altında vətəndaşlara satılır. Məsələ cəmiyyətdə narahatlıq doğurmaqla yanaşı, dövlət qurumlarının nəzarət mexanizmlərinin effektivliyi sual altına alır.

İddialara əsasən, bəzi maklerlər Abşeron Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri ilə anlaşaraq qanunsuz tikintiləri maneəsiz şəkildə həyata keçirirlər. Tikilən evlərin sənədlərinin olmadığı, torpaq təyinatının yaşayış üçün nəzərdə tutulmadığı və təhlükəsizlik normalarına əməl edilmədiyi bildirilir. Bu isə gələcəkdə həm hüquqi, həm də texniki baxımdan ciddi problemlərə yol aça bilər.

Məlumata görə, Abşeron rayonu Məmmədli kəndində qanunsuz tikilən evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məlumat bazasında heç bir qeyd mövcud deyil. Bu fakt tikintilərin rəsmi nəzarətdən kənar aparıldığını göstərir və təhlükəsizlik baxımından risk yaradır.

Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, eləcə də FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən hər hansı rəsmi açıqlama almaq mümkün olmayıb. Qurumların susqunluğu isə ictimai narazılığı daha da artırır.

Qeyd edək ki, 2022-ci ildən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. Məlumat üçün bildirək ki, Abşeron rayonunda bu tip qanunsuz tikinti halları ilk dəfə deyil qeydə alınır. İctimaiyyət isə aidiyyəti qurumlardan şəffaf araşdırma və qanunauyğun tədbirlər gözləyir.

Mövzuda adıçəkilənlərin mövqeyini tanıyırıq.

 

Heqiqixeber.az

 






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031