heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Nurullayevlərin dəbdəbəli toyu - Aygün Kazımovaya 100 min, Nanəyə isə... - FOTO

7-01-2026, 13:55 519 dəfə baxılıb


Ötən gündən deputat Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlunun Dubaydakı dəbdəbəli toyu ölkə gündəmini zəbt edib.
Publika.az Milli.Az-a istinadən xəbər verir ki, dəbdəbəli mərasim toy sahibinə heç də ucuz başa gəlməyib.
Əsas aparıcısı Nanə Ağamalıyevanın olduğu toyda sənətçi qonaqlar arasında Xalq artisti Aygün Kazımova da olub.
Ümumilikdə toyun bütün təşkilatçıları və digər işçilər Bakıdan çağırılıb.

                                                                                                                                                                        Aygün Kazımovanın dəvət olunmasına 100 min manat ödənilib. Məclisin Nanə Ağamalıyeva tərəfindən idarə olunması isə toy sahibinə 25 min manata başa gəlib.
Bunlardan əlavə dəbdəbəli dekorasiya, toy karvanında lüks avtomobillərin iştirakına da böyük məbləğ ödənilib. Toy mərasimi isə Dubayın məşhur "Ritz-Carlton" hotelində keçirilib.
       
Bəs Razi Nurullayevin qardaşı Hasil Nurullayev kimdir?

Hasil Nurullayev tikinti sahəsində tanınmış iş adamıdır. Razi Nurullayevin qardaşları Hasil və Hüseyn Nurullayevlər tikinti sahəsində biznesləri olan şəxslərdir. Dubayda toyu olan Razi Nurullayevin qardaşı oğlu Şahin Nurullayev də Sankt-Peterburqda daşınmaz əmlak və tikinti sahəsində biznes fəaliyyəti ilə məşğuldur.
Azərbaycanda Nurullayevlərə məxsus olduğu deyilən "Astroy", "Eyubov" və "Seyidoğlu" MMC şirkətlərinin adları çəkilir. Qardaşların əsas biznes fəaliyyətlərini Azərbaycanda və Rusiyada apardıqları bildirilir.



                     





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031