heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

NAXÇIVANIN STATUSU MƏSƏLƏSİ MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ OLUNDU - "Heç kimin şübhəsi yoxdur..."

5-11-2022, 13:28 281 dəfə baxılıb


“Bu gün Azərbaycanda erməni təbliğatına və erməni dəyirmanına su tökən qruplar var”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün bəzi şəxslər Naxçıvan Muxtar Respublikasının statusunun ləğv olunması məsələsini ortaya atıb: “Bu gün Prezident Ermənistanla sərhədlərin dəqiqləşdirilməsi üçün iş apardığı bir vaxtda belə mövzunun müzakirəsinin yeridir? Bunu edənlər erməni dəyirmanına su tökənlərdir. Buna qarşı kəskin mövqe ortaya qoymalıyıq. Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinə zəmanət verilib. O vaxt Zəngəzur dəhlizi Ermənistana veriləndə Naxçıvan Azərbaycanda ayrı düşüb. Dünyada Naxçıvan kimi statusa malik çox az yer var. Naxçıvanın statusunun ləğv edilməsinin qarşısı Ümummilli lider tərəfindən alınıb. Həmin dövrdə AXC-Müsavat cütlüyü Naxçıvanın statusunu ləğv etmək istəyirdi, Ümummilli lider qoymadı. İndi də onların tör-töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birincisi, referendum çağırılmalıdır. Naxçıvan Muxtar Respublikasına qarşı aparılan təxribat xarakterli müzakirələrə son qoyulsun, suyu bulandırmasınlar”.

Sədr Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazıla bilər: “Naxçıvan Muxtar Respublikasının statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov da deyib ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı qeyd olunan məsələ heç bir hüquqi əsasa malik deyil.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930