COP29 öncəsi şəhərin mərkəzini iflic günə salan dönərxananın arxasında kimlər dayanır? -VIDEO
Burada tüstüdən dayana bilmirik , aidiyyəti qurumlara dəfələrlə şikayət etsək də şikayətimizə baxan yoxdur, üfünət iyi verən, tüstü artıq binanın balkonlarından içəri girir.
Evin içində otura bilmirik, bu sözləri "Azərbaycan Reallığı"na Xətai Metrostansıyasının yaxınlığında yaşayan sakinlər deyib. Onların sözlərinə görə Xətai metrosunun qarşısında fəaliyyət göstərən "Sultanahmet Köfteçisi" adlı obyektin əlindən boğaza yığılıblar.
Evin içində otura bilmirik, bu sözləri "Azərbaycan Reallığı"na Xətai Metrostansıyasının yaxınlığında yaşayan sakinlər deyib. Onların sözlərinə görə Xətai metrosunun qarşısında fəaliyyət göstərən "Sultanahmet Köfteçisi" adlı obyektin əlindən boğaza yığılıblar.
Burada kifayət qədər bu cür dönərxanalara rast gəlmək olar amma bu obyekt sanki burada yaşayan sakinlərə qənim kəsilib, bir neçə aydı fəaliyyətə başlayan bu obyekt "burda mənəm, bağdad da kor xəlifə" kimi qanunlarla işləyib şəhərin mərkəzini iflic edir. Bu ərazidən demək olar hər gün yüzlərlə xarici vətəndaş, həmçinin turistlər keçir, hələ bir neçə gündən sonra ölkəmizdə COP29 Beynəlxalq tədbir keçiriləcək.
Dünyanın xeyli sayda ölkəsi vətənimizə təşrif buyuracaq. Minlərlə xarici qonaqlar gələcək amma bunlar şəhərimizin mərkəzini iflic günə salır. Biz sakinlər də evmizdə rahat otura bilmirik - deyə narazı vətəndaşlar bildirir.
Qeyd edək ki sözügedən obyek barəsində Kütləvi İnformasıya Vasitələrində kifayət qədər qalmaqala və şikayətlərə rast gəlmək olar. Obyektin ərazidə piyada səkini zəbt etməsi, şəhərin görüntüsün pozması gülünc nöqtəsi isə bundan ibarətdir ki, bu baş verən qanun pozuntuları, Xətai rayon İcra hakimiyyətinin bir addımlığındadır.
Ölkə başçısının hər il ziyarət etdiyi, Xocalı abidəsinin 15-20 metrliyindədir, vətəndaşların magistral gediş-gəliş yeri olan yol səkisində görünməz qüvvələrin gücünə qoyulan naməlum konteynerdi.
Fəaliyyətə başlamamışdan öncə Fövqaladə Hallar Nazirliyi həmin obyekti blomlayıb. Təssüflər olsun ki, dövlətin blombunu sökən gözə görünməz qüvvələr qanunlara belə meydan oxuyurlar
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq