heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Yasamalda növbəti qanunsuz tikinti – Video

13-05-2025, 11:02 977 dəfə baxılıb

Yasamal rayonunda qanunsuz tikinti işləri davam etməkdədir. Sakinlərin narazılığına səbəb olan belə tikintilərdən biri də Mirəli Seyidov küçəsi 165 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda qanunsuz tikinti ilə bağlı son günlərdə sosial mediada məlumatlar yayılıb. Məlumatlara görə, bu ünvanda icazəsiz tikinti işləri aparılır və yerli icra hakimiyyəti bu vəziyyətə müdaxilə etmir.
Sakinlər bildirib ki, binaya yaxın ərazidə aparılan tikintinin əlindən evdə oturmaq mümkün deyil:
“Bu tikinti yığıb bizi boğaza. Səsdən oturmaq mümkün deyil evdə. Havalar istidir deyə pəncərələri açmaq istəyirik, onda da evi toz-torpaq basır. Nə qədər olar səs-küy. Nə gündüz dayanırlar, nə gecə”.
Sakinlər iddia edir ki, Yasamal rayon İcra Hakimiyyəti, İH başçısı Elşad Həsənov bu qanunsuz tikilinin qarşısını almır.
Yaşayış yerlərinə çox yaxın, binanın həyətində ucaldılmaqda olan tikili uzun müddətdir ki, narazılıq yaradır. Vətəndaşlar aidiyyəti qurumlara, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək vəziyyətin araşdırılmasını tələb edirlər. Ancaq bütün narazılıqlara, aidiyyəti qurumlara edilən müraciətlərə baxmayaraq tikinti davam etdirilir.
Qeyd edək ki, Yasamal rayonunda bu kimi qanunsuz tikintilər tez-tez baş verir.
Yazıda adı keçən bütün tərəfləri dinləməyə hazırıq.







Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930