UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun birinci oyun gününə yekun vurulub.
Gecənin mərkəzi görüşü İspaniyada "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan ikisini 2020-ci ilin ən yaxşı futbolçusu Robert Levandovski vurub.
Kriştianu Ronaldunun qol vurmasına baxmayaraq, hazırkı klubu İngiltərə "Mançester Yunayted"i İsveçrədə "Yanq Boyz"a 1:2 hesabı ilə uduzduğu halda, keçmiş komandası İtaliya "Yuventus"u İsveçdə "Malmö"nü darmadağın edib.
Qitənin ən nüfuzlu klub turnirinin qalibi "Çelsi" İngiltərədə Rusiya "Zenit"ini minimal hesabla yenib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, I tur
14 sentyabr
E qrupu
23:00. "Barselona" (İspaniya) - "Bavariya" (Almaniya) - 0:3
Qollar: Tomas Müller, 34. Robert Levandovski, 56; 85
23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya) - 0:0
F qrupu
20:45. "Yanq Boyz" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
Qollar: Nikolas Mumi Nqamalyo, 66. Jordan Sibaço, 90+5 - Kriştianu Ronaldu, 13
Qırmızı vərəqə: Aron Van-Bissaka, 35 ("Mançester Yunayted")
23:00. "Vilyarreal" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2
Qollar: Manu Trigeros, 39. Arno Qruneveld, 73 - Remo Fröyler, 6. Robin Qosens, 83
Qırmızı vərəqə: Frensis Koklen, 84 ("Vilyarreal")
G qrupu
20:45. "Sevilya" (İspaniya) - "Zaltsburq" (Avstriya) - 1:1
Qollar: İvan Rakitiç 42 (pen.) - Luka Suçiç, 21 (pen.)
Qırmızı vərəqə: Yussef En-Nesiri, 50 ("Sevilya")
23:00. "Lill" (Fransa) - "Volfsburq" (Almaniya) - 0:0
Qırmızı vərəqə: Con Bruks, 63 ("Volfsburq")
H qrupu
23:00. "Çelsi" (İngiltərə) - "Zenit" (Rusiya) - 1:0
Qol: Romelu Lukaku, 69
23:00. "Malmö" (İsveç) - "Yuventus" (İtaliya) - 0:3
Qollar: Aleks Sandro, 23. Paulo Dibala, 45 (pen.). Alvaro Morata, 45+1
Qeyd edək ki, ilk turun digər 8 oyunu sentyabrın 15-də keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.