heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

TƏBİB-dən TURKOVAC-ın Azərbaycandakı sınaqları ilə bağlı AÇIQLAMA

13-09-2021, 12:24 229 dəfə baxılıb

TƏBİB-dən TURKOVAC-ın Azərbaycandakı sınaqları ilə bağlı AÇIQLAMA


Türkiyənin koronavirusa qarşı ilk yerli peyvəndi olan TURKOVAC-ın sınaqları Azərbaycanda da aparıla bilər.

Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, hazırda TURKOVAC vaksininin sınaqlarının keçirilməsi ilə bağlı Səhiyyə Nazirliyi və TƏBİB-in Elmi Şurası yanında müzakirələr aparılır. Bu barədə ətraflı məlumat ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca TURKOVAC-ın təcili istifadə üçün müraciət mərhələsinə çatdığını və müsbət cavab gələcəyi təqdirdə, oktyabrdan kütləvi istehsalına başlanılacağını qeyd edib.

Türkiyə prezidentinin köməkçisi Fuat Oktay isə ötən gün bildirib ki, peyvəndin kliniki sınaqlarının üçüncü mərhələsi ilə əlaqədar Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa daxil olmaqla bir çox ölkə ilə danışıqlar davam edir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930