heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“İki” alan tələbələrin pandemiyada əlaçı olması iddiasına nazirlikdən REAKSİYA

17-09-2021, 15:23 242 dəfə baxılıb

“İki” alan tələbələrin pandemiyada əlaçı olması iddiasına nazirlikdən REAKSİYA


Təhsil Nazirliyi 2-3 qiymət alan tələbələrin pandemiya dövründə əlaçı qiyməti alması ilə bağlı iddiaya münasibət bildirib.
Oxu.az məlumatına görə, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə bununla bağlı deyib:

"2-3 adama baxıb toplum haqqında fikir yürüdə bilmərəm. Bizim əlimizdə hansısa ciddi faktlar yoxdur ki, 2-3 alan tələbələrin böyük hissəsi pandemiya vaxtı əlaçı olublar. Ola bilsin ki, qiymətlərdə hansısa dəyişiklik olub, bu dəyişikliyin mahiyyəti vəziyyətlə əlaqədar tələbələrə olan güzəştlərlə bağlıdır. Biz problemləri görməliyik, analiz etməliyik, çıxış yolları göstərməliyik”.

“Müxtəlif dövlət qurumları da müvafiq araşdırmalara başlayıb. Biz artıq yeni metodologiyanın yaradılması üzərində düşünməliyik”- deyə o qeyd edib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930