heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Agsu sektorunda NƏ BAŞ VERİR - Emin Əmrullayevin NƏZƏRİNƏ!

2-12-2022, 02:10 628 dəfə baxılıb


Son günlər həqiqixeber.az-a Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeçiliyində olan Agsu şəhər məktəblərinin bir neçəsinin bufetlərini işlədən şəxslər tərəfindən şikayətlər daxil olub. Şikayətlərdə bildirilir ki, yerli Agsu rayonu üzrə təhsil sektoru tərəfindən onlardan məktəbdə təhsil alan hər şagirdə görə 0.30 azn pul tələb edilir.

Qısa bir araşdırma apardıq və məlum oldu ki, bu hal yalnız Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə müşahidə olunur. Digər şəhər və rayonların bəzi məktəbləri ilə əlaqə saxladıq, onlardan belə bir tələbin olmaması bildirildi. Əgər qanunla belə bir dövlət tərəfindən nəzərdə tutulmuş rüsum varsa, bu bütün təhsil ocaqlarının bufet və yeməkxanalarına şamil olunmalıdır. Əgər bildirilən şikayət yalnız Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərdə müşahidə olunursa burada gizli məqamların, qanunsuzluqların olduğu qənaətindəyik. 

Mövzunu davam etdirəcəyik.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Həqiqixeber.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930