Ən layiqli namizədimizə səs verək!!! İsmayilov İmamverdi İbiş oğlu
Məlum olduğu kimi, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına avqust ayının əvvəlində start veriləcəkdir. Bununla bağlı Heqiqixeber.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 125 saylı Zəngilan - Qubadllı seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Zəngilan rayon sakinləri ilə görüş keçirmişlər. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz yerlərdə müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Beləliklə, sorğuda iştirak edənlərin 75,2 faizi Milli Məclisə deputatlığa namizəd İsmayilov İmamverdi İbiş oğluna etimad göstərəcəklərini bildirmişlər.
Zəruri giriş: 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. «Qızıl qələm» mükafatı laureatıdır. Bir neçə kitabın müəllifidir. Rus və ingilis dillərini bilir. 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, şöbə müdiri, Azərbaycan televiziyasının «Gənclik» baş redaksiyasının baş redaktoru vəzifələrində çalışmışdır. 1990–1992-ci illərdə «Kirpi» jurnalının şöbə müdiri olmuşdur. Hazırda Azərbaycan Respublikası Mətbuat Fondunun sədridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri fikirlərdən bəzilərini sizlərə təqdim edirik.
“Mən əlbəttə ki, kadrları cavanlaşdırma siyasətini dəstəkləyirəm. Lakin elə bilirəm ki, bu iş icraedici qurumlara şamil olunsa daha yaxşı olar. Belə qurumlarda enerjili, çevik, yüksək iş qabiliyyətinə malik gənclər nə qədər çox olsa, işlər də bir o qədər yaxşı gedər. Amma qanunvericiliklə bağlı məsələlərin həlli ilə gərək müdrik, dünya görmüş, həyat təcrübəsinə malik insanlar məşğul olsunlar. Mən belə düşünürəm. Ona görə də səsimi İmamverdi müəllimə verəcəyəm...”
“İmamverdi müəllim deputat olduğu bütün vaxtlarda sözün əsil mənasında bu millətin vəkili olduğunu əməllərilə sübut edib. Kimin nə dərdi-səri, nə problemi olubsa, birbaşa yollanıb ya bilavasitə deputatın, ya da onun nümayəndəsinin yanına. İstənilən halda bilmişik ki, nə yolnansa mütləq bir köməklik göstərib, problemin həllini tapacaqlar. Açığı, bir ara söhbət çıxdı ki, İmamverdi müəllim namizədliyini vermək istəmir. Amma biz sakinlər təkid etdik. Aydın məsələdir, hamı istəyir ki, Milli Məclisdə onun da sözünü deyə bilən biri otursun...”
“Hamımız bilirik ki, İmamverdi müəllim həmişə yanımızda olub. Bizim kəndlərin xeyir-şər məclislərində gəlib oturanda, deyirsən ki, elə bizdən biridir. Hamını dinləyər, hər kəsin dərdinə şərik olar, kömək eləyər. Əlbəttə ki, ona səs verəcəyik. Parlamentdə bizi təmsil etməyə ən layiqli namizədimiz də elə İmamverdi müəllimdir...”
Beləliklə, bu, bizim 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
Biz də Redaksiyamız adından İsmayilov İmamverdi İbiş oğluna keçiriləcək seçkilərdə uğur, qalibiyyət və zəfər diləyirik. İnanırıq ki, seçkidə qalibiyyət sizinlə olacaq. Çünki, elin gözü tərəzidir, yaxşını pisdən ayırandılar. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ilə namizəd olduğunuz Zəngilan rayonu düşmən əsarətindən azad olmuşdur. Zəngilan rayonunun daha da çiçəklənməsi və gözəlləşməsi məhz Sizlərin, başda cənab Prezident olmaqla xalqın və sayənizdə baş tutacaqdır. İşlərinizdə uğurlar arzulayırıq hörmətli İmamverdi müəllim.
Mahriba Usubova
Baş redaktor