Cəlilabad Peşə Mərkəzində NƏ BAŞ VERİR - Belə deyirlər
Cəlilabad Dövlət Texniki Peşə Mərkəzi Göytəpə şəhərində yerləşir. Direktoru da Etibar Sadıqovdur. Hazırda burada müasir emalatxanalar, avtotəmir və idman korpusları, istixana, kənd təsərrüfatı maşınları üçün qaraj, anbar və əsaslı təmir olunan 5 mərtəbəli yataqxana binası fəaliyyət göstərir. Etibar Sadıqovun qaranlıq kecmişindən və bu günündən bəhs edən mənbənin dediyinə görə direktor kecmiş əməllərini bu gün də “ustalıqla” davam etdirməkdədir.
Mənbə bildirir ki, “Əməkdar müəllim” fəxri adına layiq görülən Etibar Sadıqov müxtəlif zamanlarda lisey direktoru, Göytəpə şəhər icra nümayəndəsinin müavini, dərs hissə müdiri olsa da heç bir vəzifədə özünü tam olaraq doğrulda bilməyib. Belə ki, onun adı həmişə qalmaqallı məsələlərdə hallanıb.
Sövetlər dağıldıqdan sonra uzun illər nəzarətsiz qalan Peşə təhsili demək olar ki, tamamilə dağılmışdır. 20 ilə yaxın davam edən bu prosess son illər ölkə rəhbərliyinin ciddi tapşırığı ilə nəzarətə götürülüb, peşə təhsilinin inkişafı prioritet məsələyə çevirilib. Həmçinin qeyri-neft soktorunun inkişafında peşə təhsilinin rolu əsas məsələ kimi inkişaf planına salınıb. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb və sairə…
Belə ki, Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yerləşən peşə məktəbində Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə nümunəvi regional mərkəz yaradılıb, yenidənqurma və müasirləşmə işləri aparılıb. Məqsəd, Azərbaycanda peşə təhsili və təlimi sisteminin müasirləşdirilməsinə dəstək olmaq, Avropa standartlarına və təcrübəsinə uyğun şəkildə keyfiyyətin, bərabərliyin artırılmasına töhfə verməkdir. Lakin direktor Etibar Sadıqovun bu sahədə fəaliyyətini qənaətbəxş saymaq olmaz. Hər bir şəraitin olmasına baxmayaraq məktəbdə peşə tədrisinin keyfiyyəti aşagı səviyyədədir.
Cəlilabad Dövlət Texniki Peşə Mərkəzində şagirdlər necə "işlədilir"? Burada Peşə Təhsili maxinasiyaları necə həyata kecirilir? Bu sahəyə yönəldilən investisiyalar, layihələr ücün ayrılmış vəsait necə "xərclənilir"? VƏ SAİR…
Mənbənin verdiyi kifayət qədər ciddi mətləblərlə bağlı araşdırma növbəti sayımızda oxuculara təqdim olunacaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Həqiqixeber.az