heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

FHN təlim keçirdi

12-09-2026, 11:09 40 dəfə baxılıb


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala şəhərində yerləşən Zaqatala Rayon Mərkəzi Xəstəxanasında “Səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğın-xilasetmə əməliyyatının təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib.
“Qafqazinfo” xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd səhiyyə müəssisələrində mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlim zamanı şərti yanğınla əlaqədar “həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri operativ qaydada “hadisə yerinə” çataraq, “yanğınla” mübarizə tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş səhiyyə müəssisəsində təxliyə planına uyğun olaraq vətəndaşların təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib” və “yanğın qısa müddətdə söndürülüb”.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930