8 NOYABR – İKİ ƏLAMƏTDAR TARİX, BİR GÜN!

Zəfər Günü və general-polkovnik Əli Nağıyevin doğum günü!
8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş Zəfər Günüdür. Bu tarix xalqımızın birliyinin, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin rəmzidir.
Maraqlı və diqqətçəkən bir təsadüfdür ki, məhz bu əlamətdar gündə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev də doğum gününü qeyd edir.
Hörmətli Əli müəllim!
Sizi doğum gününüz və xalqımızın möhtəşəm Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm!
Dövlət təhlükəsizliyi milli suverenliyin, dövlət müstəqilliyinin və milli maraqların qorunmasının mühüm dayaqlarından biridir. Bu məsuliyyətli vəzifənizdə Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və fəaliyyətinizdə uğurlar arzulayıram.
Qoy Zəfər tariximizin qüruru, üçrəngli Bayrağımızın əzəməti və dövlətimizin gücü hər zaman ölkəmizin gələcəyinə işıq salsın!
Zəfər Günümüz mübarək! Doğum gününüz mübarək, hörmətli Əli Nağıyev!
Uca Allah dövlətimizi, xalqımızı və Bayrağımızı qorusun!
Məhruba Usubova
Heqiqixeber.az-ın rəhbəri,
AJB-nin üzvü,
“Qızıl qələm” mükafatçısı
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: