heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı

Сегодня, 11:24 27 dəfə baxılıb


Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb.
“Qafqazinfo” xəbər verir ki, söhbət əsnasında 2023-cü ildə Kahramanmaraş zəlzələsində Türkiyədə zərərçəkənlərə kömək etmək üçün qırmızı avtomobilinə əşyalarını doldurub yardım etməyə gedən Sərvər Bəşirlidən söz düşüb:
Okay Memiş dedi: Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki, kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili ilə gəlmişdi.

Prezident İlham Əliyev dedi: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi.
Okay Memiş dedi: Cənab Prezident, bu, inanılmaz bir hadisədir. Yəni bu, əlbəttə, bizim unuda biləcəyimiz bir hadisə deyil.

                                                                                                  
                                                                                                  
                                                                                                   

                        






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930