heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərə qədər yürüş edib

15-09-2021, 15:16 202 dəfə baxılıb

Azərbaycan və Türkiyə hərbçiləri Pirəkəşküldən Acıdərə qədər yürüş edib


Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsindən başlayan hərbi yürüş başa çatıb.
"Hərbi qulluqçular orkestrin müşayiəti ilə Qobustan rayonunun Acıdərə məzarlığına yürüş ediblər.

Yürüşdə 100 hərbçi iştirak edib.

Belə ki, Acıdərə məzarlığında naməlum türk əsgərinin abidəsi üzərinə su səpilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə ictimaiyyət nümayəndələri, rəsmi şəxslər də iştirak ediblər.

Qeyd edək ki, bu gün Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümüdür.

1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar. Bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930