heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Rus agenti olmuş şəxs PKK-da cavabdehlərdən biri təyin olunub

13-09-2021, 11:18 190 dəfə baxılıb

Rus agenti olmuş şəxs PKK-da cavabdehlərdən biri təyin olunub


Rusiyanın təhlükəsizlik ximdəti olan Federal Təhlükəsizlik Xiudmətinə (FTX) bağlı olan və “Məzlum rus” kod adı ilə tanınan PKK terrorçusu Sincar üzrə məsul şəxsi təyin olunub.
“Türkiyə” qəzeti xəbər verir ki, Rusiyanın Çelyabinsk şəhərindən olan  “Məzlum rus” adlı terrorçu 2000-ci illərin əvvəlindən FTX agenti olub bir müddət Gürcüstan, Ermənistanda fəaliyyət göstərib.  

İraq xüsusi xidmət orqanlarının verdiyi xəbərə görə, bu şəxs Türkiyə, Suriya və İraqda bir sıra terror katlarında iştirak edib.  Bu şəxsin rus kəşfiyyat orqanları tərəfindən dəstəkləndiyi bildirilir.
"Məzlum rus" ilk terror  təlimini Ermənistanın Vardenis, daha sonra Qarabağın işğal altında olduğu zamanlarda burada təlimlərdə olub. 

Ermənistan və Rusiya vətəndaşlarından ibarət yaradılan “Ağrı qartalları” qrupunun başçılarından olan "Məzlum rus"  Suriyada PKK-nın tabeliyində olan  Nubar Ozanyan taborunun qurucusu olub. Rusiya vətəndaşı olan terrorçu bundan əlavə olaraq Hakkari, Şırnak, Van, Binöl, Ağrı və Şimali İraqdakı  terror fəaliyyətində aktiv iştirak edib. Onun adı Türkiyədəki Hendek təxribatında da keçir. O, 60-dan çox erməni, rus, serb silahlılarının iştirakı ilə  Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücum əməliyyatı həyata keçirsə də, özü bu əməliyyatdan sağ qurtara bilib.

Diyarbakəkirin Sur qəsəbəsində onların mühasirəyə alınmasından sonra “heç bir halda sağ ələ keçirilməsinlər, öldürün” əmrini də məhz "Məzlum Rus verib.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930