heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Saatlı RMX-nın şöbə müdirinin diplomu saxtadır?. İddia!

8-07-2025, 21:14 115 dəfə baxılıb

Hər bir saxta diplomun arxasında cinayət əməli dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanını vəzifəyə təyin edirsə məsuliyyətə cəlb oluna bilər.
Hazırda diplomun saxta olub-olmaması haqqında DİM-də baza var. Bu baza yaradılana qədər isə nə qədər saxta diplomu olan şəxslər işlə təmin olunmuşdular. Qanunvericiliyin tələblərinə uyğun olaraq saxta diplomun əldə olunması, saxtalaşdırılması və istifadə olunması cinayət məsuliyyətinə səbəbdir. Həm bu diplomu verən həm də onu əldə edən məsuliyyət daşıyır.
Ötən gün Turkdunyasi.az-ın qaynar xətt nömrəsinə  Saatlı RMX-nın Pediatr həkimi Asif Əzizov zəng edərək iddia edir ki, xəstəxananın şöbə müdiri Əliyev Qoşqar İlqar oğlunun diplomu saxtadır. Asif həkim onuda bildirir ki, bu barədə aidiyyəti qurumlara müraciət etsə də lakin şikayəti cavabsız qalıb.
Məlumata görə, şöbə müdiri Qoşqar Əliyevin diplomunun saxta olması barədə baş həkimində məlumat var. Bəs maraqlıdır görəsən saxta diplomlu şöbə müdiri haqqında niyə görə baş həkim və ya direktoru qanuna uyğun tədbir görmür? Yoxsa unudublar ki, ölkə mətbuatında neçə neçə tanınmış Estetik həkimlərin, o cümlədən cərrahların saxta diplomla çalışmaları ifşa olundu və barələrində Baş prokurorluqda araşdırma başladılıb. Əlbəttə ki, bu halın varlığı insan həyatını təhlükəyə atmaqla yanaşı peşəkar həkimlərin peşəkarlığını şübhə altına alıb kölgə salmaqdan başqa bir şey deyil. Təəssüf ki, bu barədə dəfələrlə yerli mətbuatda yazılar dərc olunsa da hələ də bəzi işbazlar müxtəlif yollarla saxta diplomlar əldə edib müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Heç kimə sirr deyil ki, AR-CM-nin 320 ci maddəsinə əsasən bu hal cinayət məsuliyyəti yaradır. Ümid edirik ki, aidiyyəti qurumlar Qoşqar Əliyevin diplomunun saxta olub olmaması barədə araşdırma aparıb ictimaiyyətə açıqlama verəcəklər. 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
.Mövzunu diqqətdə saxlayacağıq.
turkdunyasi.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031