heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Diplomsuz “həkim” plastik əməliyyat aparır – Milana Hospitalda təhlükəli şəxs fəaliyyət göstərir!

13-07-2025, 17:56 107 dəfə baxılıb


Xüsusi.Tv-nin qaynar xəttinə daxil olan şikayət əsasında araşdırmamıza başladıq. Vətəndaş iddia edərək bildirir ki, bir müddət öncə “Da Vinci Estetik Klinika”da estetik əməliyyatlar aparan Vəfa Gündoğan adlı qadının heç bir ixtisası və sənədi olmamasına baxmayaraq plastik cərrah kimi fəaliyyət göstərməsi nəticəsində bir sıra insanlar sağlamlığını itirib.
Bu şəxsdən zərər çəkən ilk olaraq Xüsusi.TV-yə müraciət edib.
Adını “Dr. Vəfa Gündoğan” kimi təqdim edən bu qadın, əslində sertifikatsız, diplomsuz və qeyri-ixtisaslı bir şəxsdir. O, Da Vinci Estetik Klinikasında çalışarkən dəfələrlə pasiyentlərə zərər yetirib və buna görə klinikanın rəhbəri Zöhrə xanım və baş həkim Natavan xanım tərəfindən klinikadan qovulub.Ancaq təəssüflə bildiririk ki, bu “həkim” hazırda fəaliyyətinə Milana Hospital adlı başqa bir tibb müəssisəsində davam etdirir.
Məlumata görə, Milana Hospitalın rəhbəri Xuraman xanım bu şəxsin sənədlərinin olmamasına rəğmən, ona klinikada estetik əməliyyatlar aparmaq imkanı verib.Sosial şəbəkələrdə aktiv olan Vəfa Gündoğan kosmetoloji prosedurlar apardığını açıq şəkildə nümayiş etdirir. Halbuki bu tip prosedurlar yalnız müvafiq diplom və lisenziyaya sahib həkimlər tərəfindən həyata keçirilməlidir. Belə bir riskli sahədə sənədsiz şəxsin çalışması insan həyatı üçün ciddi təhlükədir.Hazırda bu qadının keçmiş pasiyentlərindən biri tərəfindən hüquqi şikayət irəli sürülüb. Zərərçəkmiş şəxs bildirir ki, Vəfa adlı bu qadının səhlənkarlığı nəticəsində sağlamlığında ciddi problemlər yaranıb və maddi-mənəvi zərərə uğrayıb.Biz inanırıq ki, Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları bu məsələni diqqətdən kənarda qoymayacaq və diplomsuz estetik “cərrahların” fəaliyyətinə dərhal hüquqi qiymət veriləcək.
Xüsusi.Tv olaraq məsələni ictimailəşdiririk və qarşı tərəfi dinləməyə hazırıq.












Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031