heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Şəmkirdə baş verən silahlı insidentlə bağlı məhkəmə istintaqı cəmiyyətdə ciddi narazılıq doğurub — VİDEO

Сегодня, 11:22 33 dəfə baxılıb


2024-cü ilin fevral ayının 2-sində Şəmkir rayonundakı Şiştəbə kəndində baş verən silahlı insident bir ara ölkə gündəmini zəbt etdi. Belə ki, “Gözəlov klanı”na bağlı olduqları iddia edilən bir qrup şəxs avtomobildə əyləşmiş vətəndaşa hücum edərək, ona odlu silahdan bir-neçə dəfə atəş açıblar. Altı nəfərdən ibarət olan dəstə vətəndaşı ağır yaralayıb. Silahlı hücum nəticəsində zərər çəkmiş şəxsin bədəninə altı güllə dəyib. Güllələr vətəndaşın qarın nahiyəsinə, qoluna və çanaq hissəsinə dəyərək,  onun sağlamlığına ciddi zərər yetirib.
Arazpress.com-a daxil olan məlumata görə,
ağır yaralanan şəxs avtomobildən çıxaraq, yaxınlıqdakı “Al market”-ə sığınıb. Silahlı şəxslər isə, onun ardınca marketə daxil olaraq, onu orada öldürməyə cəhd ediblər.  Hadisənin dəhşətli görüntüləri müşahidə kameralarına düşüb.

Qeyd edək ki, təcili tibbi müdaxilə nəticəsində zərərçəkmişin həyatı xilas edilib. Lakin onun sağlamlığında ciddi və qalıcı problemlər yaranıb. Təəssüf ki, hadisəni törədən altı nəfərdən yalnız ikisi – Bayramlı Babək Qoşqar oğlu və Bayramlı Bahəddin Qoşqar oğlu istintaqa cəlb ediliblər. Digər iştirakçılar barəsində heç bir hüquqi tədbir görülməyib. Bu da camaat arasında haqlı narazılıq doğurub.
Hadisə ilə bağlı hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırma gedir. Lakin məhkəmənin qərarları da birmənalı qarşılanmır. Qrup halında törədilmiş belə ağır cinayətə görə yalnız iki nəfərin mühakimə olunması və digərlərinin məsuliyyətdən yayınması ictimaiyyətdə ciddi suallar doğurur. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, həbsdə olan iki qardaşın da yaxın vaxtlarda azadlığa buraxılması ehtimal olunur. Bu da,  ictimaiyyət arasında yaranan narahatlığı daha da artırır.
Ən narahatedici məqam isə budur ki, Prezident İlham Əliyevin dəfələrlə verdiyi tapşırıqlarda qanunun aliliyinin təmin olunması, ictimai ədalətin qorunması və hüquq-mühafizə orqanlarının obyektiv fəaliyyət göstərməsi xüsusi vurğulansa da, bu hadisə fonunda həmin prinsiplərin ciddi şəkildə pozulduğu görünür.
Hüquq-mühafizə orqanlarının məsələyə laqeyd yanaşması, cinayətin bütün iştirakçılarının istintaqa cəlb olunmaması, hadisənin hərtərəfli araşdırılmaması və məhkəmənin ədalətli qərar verməməsi yalnız zərərçəkmiş vətəndaşın hüquqlarını deyil, ümumilikdə, cəmiyyətin ədalətə olan inamını sarsıdır.
Cinayətkarların cəzasız qalması dövlət — vətəndaş münasibətləri üçün təhlükəli presedent yaradır. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Lakin istintaq və məhkəmə proseslərinin ədalətsiz aparılması bu prinsiplə ziddiyyət təşkil edir.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların əsas hədəflərindən biri olan ədalətin təmin olunması istiqamətində müvafiq qurumlar üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək, hüquqları pozulmuş vətəndaşın müdafiəsi təmin ediləcək və cinayəti törədən bütün şəxslər tam məsuliyyətə cəlb olunacaqlar. Qanunun aliliyini pozan və vəzifə səlahiyyətlərindən sui-istifadə edən harınlamış məmurlar barədə qanunvericiliyə uyğun şəkildə tədbirlər görüləcək.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlət məmurları və onların ailə üzvləri təvazökar davranmalıdırlar. Dövlət qulluqçuları hesab etməməlidirlər ki, onların hər hansı xüsusi statusu var. Əksinə, onlar insanlara diqqət və qayğı göstərməli, vətəndaşların problemlərinin həllinə çalışmalıdırlar. Şübhəsiz Şəmkir sakinləri əmindirlər ki, dövlətimizin başçısı qanuna hörmət etməyən, ədalətsiz qərarlar qəbul edən, rüşvət və korrupsiyaya bulaşmış məmurlara layiqli qiymət verəcək, zərərçəkmiş vətəndaşın hüquqlarının bərpasını təmin edəcək.
Video Oynadıcı


00:00

01:02



 
Video Oynadıcı

00:00

01:06



 
Video Oynadıcı

00:00

02:34



 
Video Oynadıcı

00:00

01:30



 
Video Oynadıcı

00:00

01:54



Məhi ELSEVƏR,
araz.az xəbər portalı.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031