heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

QANUNUN SÜKUTU, GECƏNİN QARANLIĞI: “THE PLACE BAKU” ƏTRAFINDA TƏHLÜKƏLİ MƏNZƏRƏ

Вчера, 17:25 65 dəfə baxılıb


Bakının gecə həyatında son illər getdikcə daha çox müzakirə olunan “The Place Baku” artıq sadə əyləncə məkanı anlayışını çoxdan aşıb. Bu ünvan cəmiyyət üçün təhlükə mənbəyinə çevrilən, qanunvericiliyin tələblərini açıq-aşkar saya salmayan, nəzarətsizliyin və məsuliyyətsizliyin simvolu kimi təqdim olunur. Burada söhbət yalnız bir obyektin fəaliyyətindən deyil – hüququn, dövlət nəzarətinin və ictimai dəyərlərin gecə qaranlığında tapdalanmasından gedir.

İddialara görə, “The Place Baku” gecəyarısından sonra faktiki olaraq paralel bir sistem kimi işləyir. Rəsmi uçotdan kənar maliyyə dövriyyəsi, kassaya vurulmayan ödənişlər, kartdan-karta köçürmələr adı altında gizlədilən xidmət haqları bu məkanda adi hala çevrilib. Bu artıq sadə qayda pozuntusu deyil, vergi sisteminə, dövlət büdcəsinə və hüquqi dövlət prinsiplərinə açıq meydan oxumaqdır. Daha düşündürücü olan isə budur: bu mexanizm uzun müddətdir işləyir və sanki heç kim “görünməz kassanın” kimlərin himayəsi altında fəaliyyət göstərdiyini soruşmur.

Pandemiya dövründə ölkə üzrə sərt məhdudiyyətlərin tətbiq olunduğu, minlərlə sahibkarın obyektini bağladığı, insanların sağlamlıq naminə sosial həyatdan imtina etdiyi bir vaxtda, “The Place Baku”nun gecəyarısından sonra qapılarını açıq saxlaması xüsusi narazılıq doğurur. Qanun hamı üçün eyni olduğu halda, bu məkan üçün sanki tövsiyə xarakteri daşıyıb. Cəmiyyət evdə qaldığı, dövlət qaydalar tətbiq etdiyi halda, burada gecə həyatı bütün sürəti ilə davam edib.


Məkanın fəaliyyəti xüsusilə gənclər üçün təhlükəli mühit yaradır. Gecənin qaranlığında başlayan, səhərə qədər davam edən bu “əyləncə” modeli gəncləri təhsildən, sağlam düşüncədən, ailə və milli-mənəvi dəyərlərdən uzaqlaşdıran asılılıq mexanizminə çevrilir. Burada hər cür “xidmətin” mövcud olduğu ilə bağlı iddialar isə artıq əxlaqi müzakirə mövzusu deyil, ciddi hüquqi araşdırma tələb edən təhlükəli siqnaldır.

Diqqət çəkən məqamlardan biri də obyektin qapalı xarakter daşımasıdır. Yad şəxslərin buraxılmaması, yalnız “öz adamları” və “köhnə müştərilər” üzərindən biznesin qurulması klassik gizlətmə üsuludur. Bu seçilmiş auditoriya prinsipi qanunsuz fəaliyyət ehtimallarını daha da gücləndirir və ictimai nəzarəti faktiki olaraq mümkünsüz edir.

İddialar bununla bitmir. Mənşəyi məlum olmayan qidaların gecə saatlarında təqdim edilməsi, sanitar-gigiyenik normalara əməl olunub-olunmaması ilə bağlı ciddi suallar yaradır. Qida təhlükəsizliyinin arxa plana keçirilməsi təkcə zəhərlənmə riski deyil, insanların sağlamlığına birbaşa təhdiddir. Üstəlik, tüstü, səs-küy və ağır atmosfer yaxın ərazilərdə yaşayan sakinlərin həyat keyfiyyətini də aşağı salır.

Bu mənzərə fonunda məsul dövlət qurumlarının mövqeyi həlledici əhəmiyyət daşıyır. Polis orqanları, Qida Təhlükəsizliyi Agentliyi, müvafiq nəzarət strukturları bu iddialara göz yummamalıdır. Çünki məsələ tək bir obyektin bağlanıb-bağlanmaması deyil, yüzlərlə gəncin taleyinə təsir edən təhlükəli bir mühitin qarşısının alınmasıdır.

Cəmiyyət susduqca, bu cür məkanlar daha da cəsarətlənir. Qanunun sükutu gecənin qaranlığında yeni qanunsuzluqlara yol açır. “The Place Baku” ətrafında səslənən iddialar paytaxtın gecə həyatının hansı dəyərlər üzərində qurulduğunu, dövlət nəzarətinin nə dərəcədə effektiv işlədiyini və gənclərin hansı mühitə sürükləndiyini açıq şəkildə ortaya qoyur. Bu iddiaların obyektiv araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması həm hüquqi ədalətin, həm də cəmiyyətin vicdan rahatlığının bərpası üçün zəruridir.

Qarşı tərəfin mövqeyini tanıyırıq.

 

Heqiqixeber.az

 





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031