“Şəmkirdə sahibkara təzyiq iddiası: Yusifovlar ailəsinin adı milyonluq əmlaklar və obyekt ələ keçirmə cəhdində hallanır”
Ötən həftə Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əliyev Asəf Sakit oğlunun bir qrup məmur tərəfindən edilən təzyiqlərə məruz qalması barədə məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov və onun qardaşı, Maliyyə Nazirliyinin sabiq Aparat rəhbəri işləmiş Cavanşir Yusifov, oğlu Rüfət Yusifov, bacısının yoldaşı Rizvan Məmmədov və oğlu Muxtar Məmmədov müxtəlif vasitələrlə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov və onun qardaşı, Maliyyə Nazirliyinin Aparat rəhbəri işləmiş Cavanşir Yusifovun oğlu Rüfət Yusifov və qohumları Rizvan Məmmədov və oğlu Muxtar Məmmədov sahibkar Əliyev Asəfə müxtəlif üsul və vasitələrlə təzyiqlər edərək ona məxsus "Sakit" Ailəvi İstirahət mərkəzini ələ keçirmək istəyirlər.
Sahibkar Asəf Əliyev qeyd edir ki, adı çəkilən şəxslər ona məxsus istirahət mərkəzinin yanında yerləşən obyektini aldıqdan sonra "Sakit" Ailəvi İstirahət mərkəzinin qarşını zəbt edərək parking kimi istifadə edirlər. Yusifovlar "Sakit" Ailəvi İstirahət Mərkəzinin qarşısını zəbt etməklə, istirahət mərkəzinə gələn müştərilərin avtomobillərini saxlamaq imkanından mərhum ediblər. Yusifovlar və qohumları Məmmədovlar "Sakit" Ailəvi İstirahət mərkəzinin qarşısını zəbt etməklə, adıçəkilən obyektə gələn müştərilərin azalmasına səbəb olubar.![]()
Bildirək ki, Yusifovlar və qohumları Məmmədovlar sahibkara təzyiq etməklə ondan "Sakit" Ailəvi İstirahət mərkəzini onlara satmasını təklif edirlər. Obyektini satmaqdan imtina edən sahibkar isə müxtəlif mənəvi və maddi təzyiqlərə məruz qalmağa başlayıb. Sahibkar qeyd edir ki, Cavanşir Yusifov keçmiş vəzifəsindən istifadə etməklə haqqlarında etdiyim şikayətləri “zərsizləşdirir”.
Adı işlədiyi dövrlərdə korrupsiyada və dövlət vəsaitlərini mənimsəməkdə hallanan Cavanşir Yusifov və yaxın qohumu, hazırda Şəmkirin Düyərli kənd Bələdiyyəsinin baş mühasibi işləyən Muxtar Məmmədov heç nədən çəkinməyərək təzyiqlərini günü-gündən artırırlar. Cavanşir Yusifov Maliyyə Nazirliyinin Aparat rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra Şəmkir rayonunda xeyli sayda obyekt və torpaq sahələri alıb.
Təkcə 2024 və 2025-ci illərdə Yusifovlar və qohumları Məmmədovlar Şəmkir rayonunda "Murovdağ" və “Yamin” adlı şadlıq saraylarını alıblar. Bu şadlıq saraylarının alınmasına ümumilikdə 4 milyon manata yaxın pul xərcləyiblər. Maraqlısı isə milyonlarla pulları xərcləyib şadlıq evləri, obyektlər, torpaq sahələri alan Cavanşir Yusifov və ailəsinə “güldən ağır söz” deyən yoxdur. Yəni müvafiq dövlət qurumları Yusifovların bu qədər vəsaitləri necə əldə etmələrini araşdırmalı və hesabat tələb etməlidirlər. Çünki Cavanşir Yusifov işlədiyi dövrlərdə aldığı əmək haqqlarını yığıb saxlasaydı belə, indi Şəmkir rayonunda aldığı əmlaklardan birini ala bilməzdi. Milyonları sağa-sola xərcləyən Cavanşir Yusifovdan bu pulların necə əldə edilməsi mütləq sorulmalıdır.![]()
Cavanşir Yusifovun qohumu Şəmkirin Düyərli kənd Bələdiyyəsinin baş mühasibi Rizvan Məmmədovda məhz Yusifovlara arxlanaraq dövlət qanunlarını pozur. Bu gün “Yamin” şadlıq sarayının giriş qapsında vurulan elanda obyekt sahibinin nömrələri qeyd edilib. Həmin nömrələr isə Rizvan Məmmədovla oğlu Muxtar Məmmədova məxsudur. Rizvan Məmmədovun oğlu Muxtar Məmmədov isə hazrıda Göygöl Maliyyə idarəsinin rəis müavini işləyir. Onu bu vəzifəyə hər zaman böyüyümüz dediyi Cavanşir Yusifov təyin etdirib. Muxtar Məmmədov bu gün Göygöl, Gəncə və Şəmkir rayonlarında oliqarx həyatı yaşayan məmur kimi tanınır. Bahalı avtomobillər, dəbdəbəli evlər, istirahətlər və sair xərc tələb edən yaşayış tərzi onun əsas hobbisidir. Ən maraqlısı isə Rizvan Məmmədovla oğlu Muxtar Məmmədovun heçnədən çəkinməyərək “Yamin” şadlıq evinin onlara məxsus olduğunu dilə gətirmələridir.
Görünən odur ki, Cavanşir Yusifov əlindəki milyonlardan istifadə edərək, işlədiyi dövrdə münasibət qurduğu məmurlara arxalanaraq sahibkar Asəf Əliyevə təzyiqlərini davam etdirir. Yusifovların planı isə sahibkara məxsus obyekti ələ keçirərək, böyük bir kompleks yaratmaqdı. Dövlətdən milyonlar oğurlayan Cavanşir Yusifov bu gün pensiya yaşında o pulları əmlak biznesinə yatırmaq istəyir.
Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: