heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Pulumuz qalmayıb”

Сегодня, 12:25 16 dəfə baxılıb


“Bizim pulumuz qalmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Fransa Mərkəzi Bankının sədri Fransua Villerua de Qalhau RTL-də çıxışı zamanı deyib.
O, Yaxın Şərqdəki münaqişələr səbəbindən neft bazarlarında yaranan dalğalanmaların qarşısını almaq üçün hökumətin yanacaq subsidiyası proqramının dövlət borcunu artıracağı barədə xəbərdarlıq edib.
Qalhau hökumətlərin Yaxın Şərqdəki hadisələrin yaratdığı neft bazarlarının kövrəkliyinə qarşı tədbirlər gördüyünü, lakin Fransa hökumətinin potensial yanacaq subsidiyasının onsuz da yüksək borclu iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayıb: “Büdcə kəsirlərini və borcları daha da artırsaq, bu, uzunmüddətli faiz dərəcələrinin 10 il və daha çox müddətə yüksəlməsinə səbəb olacaq ki, bu da Fransa xalqını cəzalandırmaqdır”.
Qalhau enerji böhranına ən effektiv cavabın birdəfəlik dövlət yardımı vermək deyil, enerji keçidinə investisiya qoymaq olduğunu vurğulayıb.
Qeyd edək ki, hazırda Fransa dövlət borcunun ÜDM-yə nisbəti təxminən 111,7 faizdir və bu, ölkəni İtaliya ilə birlikdə Avropa Birliyi daxilində ən yüksək borc yükünə malik ölkələrdən biri edir. Dövlət borcunun azaldılmasına yönəlmiş büdcə təklifləri hökumət və müxalifət arasında əsas fikir ayrılıqlarından birini təşkil edir.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031