heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Laricanini əvəz edəcək şəxsin KİMLİYİ AÇIQLANDI

Вчера, 16:45 32 dəfə baxılıb

İranda Əli Laricaninin hərbi münaqişədə ölümündən sonra Məhəmməd Baqer Zolqədr Ali Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edilib.
 Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin ictimaiyyətlə əlaqələr üzrə administrasiya rəhbərinin müavini Məhəmməd Mehdi Təbatəbai məlumat verib.
 Laricanini əvəz edəcək şəxsin KİMLİYİ AÇIQLANDI - FOTO
 Fotoda Məhəmməd Baqer Zolqədr
 "İranın ali rəhbərinin rəyi nəzərə alınmaqla, onun razılığı ilə ölkə prezidenti Ali Milli Təhlükəsizlik Şurasına yeni katib təyin edib", - deyə administrasiya rəsmisi bildirilib.
 Qurumun əvvəlki rəhbəri Laricani martın 17-də həlak olub.
 Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
 İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
 Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
 İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
 Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031