heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Çin ABŞ ilə sualtı müharibəyə hazırlaşır?

Вчера, 17:19 30 dəfə baxılıb


Onlarla Çin tədqiqat gəmisi Sakit, Hind və Şimal Buzlu okeanlarının strateji ərazilərində dəniz dibini xəritələşdirir.
 Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyinin "Çin ABŞ ilə sualtı müharibəyə hazırlıq zamanı okean dibini xəritələşdirir" başlıqlı məqaləsində qeyd olunub.
 Əldə edilən məlumatların hərbi məqsədlər üçün istifadə oluna biləcəyi bildirilir. Məqalədə qeyd olunub ki, tədqiqat digər məsələlərlə yanaşı, mineral yataqlarının və balıqçılıq sahələrinin tapılmasına da yönəlib. Agentliyə müsahibə verən hərbi dəniz mütəxəssisləri izah ediblər ki, toplanmış məlumatlar əsasında Çin mümkün müharibə ssenarisində sualtı qayıqların döyüş aparacağı sualtı relyefin dəqiq xəritəsini yarada bilər.
 Qeyd olunub ki, Çinə məxsus xüsusilə "Dong Fang Hong 3" tədqiqat gəmisi 2024-2025-ci illərdə Tayvan, Quam və Hind okeanının strateji əraziləri sahillərində patrul xidməti göstərib. Rəsmi məlumata görə, gəmi iqlim tədqiqatları və dəniz dibi çöküntülərinin öyrənilməsi ilə məşğul olur. Lakin agentliyin vurğuladığı kimi, dərinliklərin xəritələşdirilməsi üzrə məlumatlar Çinə öz sualtı qayıqlarından daha səmərəli istifadə etməyə və qarşı qüvvələri daha dəqiq izləməyə imkan yaradır.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Март 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031