heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Вчера, 11:38 40 dəfə baxılıb

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. 
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
“Ümid” körpüsündə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.
                                                                                                  
                                                                                                      
                                                    





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930