heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

"İran gərginliyi" Ukrayna savaşını kölgədə qoya bilərmi? - Ekspert rəyi

Вчера, 12:28 55 dəfə baxılıb


                Son dövrlər Yaxın Şərqdə artan gərginlik və İran ətrafında hərbi eskalasiya dünya gündəmini ciddi şəkildə məşğul edir. Bu kontekstdə diqqət mərkəzinə belə bir sual çıxır- İran ətrafında münaqişə Ukrayna savaşını gündəmdən çıxara bilərmi? 

    
Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Ukrayna mövzusu" gündəmdən çıxa bilməz, sadəcə informasiya mühitində prioritetlər dəyişə bilər. 

    
Onun sözlərinə görə, bu gün media daha çox risk və qeyri-müəyyənlik daşıyan hadisələrə fokuslanır:

    
"İranla bağlı eskalasiya qısa müddətdə ön plana keçə bilər. Amma bu o demək deyil ki, Rusiyanın Ukraynaya müdaxiləsi öz aktuallığını itirir. Sadəcə, informasiyalar azalır. Yəni burada daha çox informasiya effekti var, nəinki real geopolitik dəyişiklik. Geopolitik baxımdan Ukrayna müharibəsi hələ də Avropa təhlükəsizliyinin mərkəzindədir. İranla münaqişə isə daha çox Yaxın Şərq və enerji təhlükəsizliyi kontekstində önə çıxır. Bunlar fərqli, amma paralel gedən proseslərdir".
 

    


    
"Bu paralellik böyük güclərin siyasətinə necə təsir edir" sualına cavab verən ekspert bildirib ki, əsas məsələ resursların bölüşdürülməsidir:

    
"ABŞ və müttəfiqləri eyni vaxtda bir neçə böhranı idarə edə bilsə də, diqqət, hərbi imkanlar və siyasi kapital məhduddur. İran ətrafında gərginlik daha da artarsa, müəyyən resursların həmin istiqamətə yönəlməsi qaçılmazdır. Bu isə Ukraynaya dəstəyin tempinə təsir edə bilər, amma onu tam dayandırmaz. Bu məsələdə ictimai rəy də çox önəmlidir. Cəmiyyətin diqqəti hansı mövzuya yönəlirsə, siyasətçilər də bunu nəzərə alır. Əgər İran mövzusu emosional və təhlükəsizlik baxımından daha kəskin qəbul olunarsa, Ukrayna ilə bağlı maraq nisbətən zəifləyə bilər. Amma bu, yenə də müvəqqəti xarakter daşıyır".

    
Azər Rəşidoğlu hesab edir ki, müasir dünyada münaqişələr bir-birini əvəz etmir:

    
"İranla bağlı mümkün müharibə Ukrayna savaşını unutdurmaz, sadəcə onu informasiya axınında kölgədə qoya bilər. Strateji əhəmiyyət isə qalır və uzun müddət də qalacaq".

    
Siyasət şöbəsi





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930