İnternet resurslarında yayılan ən çox şikayətlər, rüşvət qalmaqalları və təhsilin keyfiyyətinin aşağı səviyyədə olması məhz Abşeron rayonunda yerləşən məktəblərlə bağlıdır. Aldığımız məlumata görə, Abşeron rayonunda yerləşən 1 saylı orta məktəbdə rəhbərlik tərəfindən müxtəlif adlar altında vəsait yığılması ilə bağlı iddialar səsləndirilir. Mənbələr bildirir ki, məktəbin direktoru Arifə Balakişiyeva məktəb kollektivinə bununla bağlı müxtəlif göstərişlər verib.
Şikayətçilərin sözlərinə görə, direktorun martın 22-də qeyd ediləcək doğum günü münasibətilə indidən vəsait toplanmasına başlanılıb. İddialara əsasən, hər sinif üçün təxminən 200 manat məbləğində pul yığılması tapşırılıb. Valideynlər bildirirlər ki, vəsait həm 8 Mart – Beynəlxalq Qadınlar Günü, həm də Novruz bayramı adı altında toplanır.
Bildirilir ki, bu göstəriş məktəb rəhbərliyi tərəfindən verilib və icrası direktorun müavinləri vasitəsilə həyata keçirilir. Valideynlərin iddiasına görə hər sinifdə orta hesabla 45–50 şagird təhsil alır.
Aldığımız digər məlumatda qeyd olunub ki, məktəbdə 10–11-ci sinif şagirdlərinin “aylıq” əsasda dərslərə buraxılması halları mövcuddur. Valideynlər bildirirlər ki, bəzı şagirdlər il ərzində dərslərə davam etməmək müqabilində 1500–2000 manat ödəyir və yalnız yoxlama zamanı məktəbdə iştirak edirlər.
Qeyd edilir ki, direktor Arifə Balakişiyevanın adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb. İddialara görə, bir müddət əvvəl övladının dəbdəbəli toy mərasimi ilə gündəmə gələn direktorun həmin tədbirə 200 min manat xərclədiyi bildirilirdi. Mənbələrə görə direktor toy ərəfəsində rəhbərlik etdiyi məktəbin müəllimlərinə bu toya yaxşı pul salması ilə bağlı dəfələrlə mesajlar göndərib.
Bundan başqa, məktəbdə şagirdlərə qarşı zorakılıq halları ilə bağlı şikayətlər səsləndirilmişdi. Bu barədə yayılan iddialarla əlaqədar Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparıldığı açıqlanıb, lakin fiziki zorakılıq faktı təsdiqlənməyib — idarə şagirdlərin və müəllimlərin izahatlarına əsasən, direktorun sinifdə profilaktik söhbət apardığını bildirib/den.az
Mənbənin iddiasına görə, hazırda direktorla Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva arasında yaxın münasibətlər mövcuddur və bəzi qərarların birgə həyata keçirildiyi bildirilir. Eyni zamanda iddia olunur ki, rayon qeydiyyatında olan bəzi şagirdlərin qanunsuz şəkildə məhz bu məktəbə yönləndirilməsi halları var. Bu səbəbdən Xırdalanda yerləşən məktəblərdə şagird sayının digər ərazilərlə müqayisədə xeyli çox olduğu qeyd edilir.
İnternetdə yayılan digər əlavə şikayət və araşdırma məlumatları
İnternet resurslarında yayılan başqa bir məlumatda qeyd olunur ki, Xırdalan şəhər 1 nömrəli məktəbin müəllimləri şagirdlərdən BSQ (Bilik Səviyyəsinin Qiymətləndirilməsi) testləri üçün pul yığırlar. İddia olunur ki, hər sinifdən bu testlər üçün təxminən 300 manat tələb edilir və bu yığımlar məktəb rəhbərliyinin razılığı ilə həyata keçirilir/paytaxt.org
Abşeron rayonunda ümumilikdə müxtəlif məktəblərdə — xüsusilə Xırdalan şəhərində də — valideynlərdən müxtəlif bayramlar, müəllimlər günü və digər tədbirlər adı altında pul toplandığı ilə bağlı şikayətlər periodik olaraq yayılır. Məsələn, başqa məktəblərdə hər valideyndən müəyyən məbləğdə pul tələb olunduğu barədə şikayətlər internetdə yer alıb/bakunews.az
Əvvəlki illərdə Abşeron rayonunda məktəblər və regional təhsil strukturlarında başqa pozuntu və korrupsiya iddiaları ilə bağlı baxışlar aparılıb. Məsələn, Abşeron-Xızı Regional Təhsil İdarəsində maliyyə pozuntuları aşkar edilib və bununla bağlı bir sıra intizam tədbirləri görüldüyü barədə məlumatlar var.
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək hələ mümkün olmayıb. Mövzu ilə bağlı rəsmi qurumların münasibəti verilərsə, məlumat yenilənəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Pul, pul, bir də pul – Abşeron regional təhsil idarəsinin şüarı. Təhsilimizin ,,ərəbzəngisi" İlhamə Abdullayeva
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova təhsil ocağını öz “qanunları” ilə idarə edir? FAKT/İDDİA
Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir? - ARAŞDIRMA
“Avropa Beynəlxalq hospitalı”nda Sevinc Babayeva əməliyyat üçün 1100 manat aldı -“Kəpəz”də Seymur Musayev 2500 manat tələb etdi-Xəstə daxili qanaxmadan vəfat etdi?
Bakı şəhəri 288 saylı tam orta məktəbin direktoru Aygün Hüseynova: "Əsl vətəndaş, qabaqcıl təhsil işçisi".
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Prezidentlə xanımı Bakıdakı Zəfər parkında
Əli Əsədov, Sahibə Qafarova və Samir Nuriyev Zəfər parkında
DİN-in şəxsi heyəti şəhidlərin xatirəsini andı
Zakir Həsənovla Kərim Vəliyev şəhidləri andı
Peşəkarlıq, diqqət və insanlıq – Emin doktor haqqında şəxsi düşüncələrim
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları - Açıqlandı
Keti Perri səhnəyə Azərbaycan bayrağı ilə çıxdı
“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər” - Prezident
“Köhnə avtomobillə yorğan-döşək gətirmişdi” - Prezident Sərvərdən danışdı
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin məşhur şeirini oxudu
“Uşağın görə bilmədiyi təhlükəni böyüklər görməlidir”
Antiterror tədbirlərində DİN-in döyüş yolu
“Mülki camaatla işimiz yoxdur” - Antiterror zamanı çəkilən kadrlardan danışdı
Bizim Nizami müəllim...
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var...
FHN təlim keçirdi
Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
“Bu, Rusiya ilə müharibə deməkdir”
Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
Ruhiyyə Əliyeva – sənətdən biznesə uzanan uğur yolu
Matviyenko Mehriban Əliyevanı təbrik etdi
DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
Prezident həmkarını təbrik etdi
Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı çağırış
Prezident bu gün Buxaraya gedəcək
İran tarixi sazişə dəvət edilib
Saatlı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində vəziyyətlə bağlı ciddi suallar – Rəsul Abbasovun fəaliyyəti araşdırılmalıdır
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
Naxçıvanın yeni inkişaf salnaməsi yazılır
Yeni səfirlərimiz onlar oldu
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
Polis polkovnik-leytenantı Elşad Hacıyevi doğum günü münasibətilə təbrik edirik!
“UĞUR 777 Estetik Mərkəzi” ilə bağlı yeni iddialar: redaksiyaya daxil olan materiallar araşdırılır. Video fakt
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
İlham Əliyev Donald Trampa təşəkkür etdi
Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
“Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
Göy qurşağı rəngli xatirələr...
Dünya bir nərdivandır...
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
“Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
Fələstinin Baş naziri Fəxri xiyabanda
Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
Millimiz ən böyükhesablı qələbəsini qazandı
“Aikido məktəbdə: sağlam nəsil və güclü gələcək naminə uğurlu layihə”
“Neftçi” və “Qarabağ” bir həftədə iki dəfə qarşılaşacaq
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
Arvadı ruhi xəstə, oğlu qumarbaz, dostu xəyanətkar... - Səyavuş Aslanın faciəvi sonu
Ağakərimin ölüm xəbərinə - Ailəsindən SƏRT REAKSİYA
Həkim qurbanı olan məşhurlar - ADLAR
Meyxanaçı Ağakərimin səhhəti daha da pisləşib
“Təqaüdü qazilərə verdiyimə görə məni qınayırlar” – Flora Kərimova