heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Azərbaycan nefti 20 dollardan çox ucuzlaşdı

Вчера, 10:46 29 dəfə baxılıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 20,24 ABŞ dolları və ya 14,39 % azalaraq 120,44 ABŞ dolları təşkil edib.

Qaynarinfo xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 124,68 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 19,69 ABŞ dolları və ya 14,63 % azalaraq 114,89 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930