heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

GİKM tərəfindən infosessiyalar vasitəsilə 2000-dən çox gənc əhatə olunub.

Вчера, 12:43 22 dəfə baxılıb

2026-cı ilin yanvar-mart ayları ərzində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən paytaxt Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarını əhatə edən genişmiqyaslı infosessiyalar təşkil olunub. Həyata keçirilən fəaliyyətlər çərçivəsində ümumilikdə 20 şəhər və rayon üzrə, 40 təhsil müəssisəsində 2000-dən çox gənc əhatə edilib.
İnfosessiyaların əsas məqsədi gəncləri mövcud inkişaf və karyera imkanları barədə məlumatlandırmaq, onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır. Görüşlər zamanı GİKM-in, eləcə də Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyəti, həyata keçirdiyi layihələr və gənclər üçün təqdim etdiyi imkanlar barədə iştirakçılara ətraflı məlumat verilib.
Bununla yanaşı, GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası” və “Karyera bələdçisi” əyani vəsaitləri infosessiya iştirakçılarına təqdim olunub. Qeyd olunub ki, vəsaitlər onların gələcək inkişaf yolunda faydalı resurslarla təmin olunmasına dəstək məqsədi daşıyır.
2026-cı ilin ilk üç ayı üzrə statistik göstəricilərə əsasən Bakı şəhərində keçirilən infosessiyalarda 300-ə yaxın gənc iştirak edib. Regionlar üzrə isə ümumilikdə 19 şəhər və rayonda 1800-dən çox gənc inofosessiyalarda iştirak edib.
Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən infosessiyaların Bakı və regionda yaşayan gənclər üçün il ərzində də davam etdirilməsi nəzərdə tutulur.

Xezertv.info









Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930