heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir

Сегодня, 11:06 56 dəfə baxılıb

Azərbaycan Tibb Universitetində (ATU)  Azərbaycan -  Britaniya Peşəkarları Assosiasiyası (AABP) ilə görüş keçirilib.

    Görüşdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli qloballaşan dünyada gedən rəqəmsal inkişaf və bu tərəqqinin təhsilə inteqrasiyası ilə bağlı vaclb məqamlara toxunub. Rektor təhsildə yeni tədris texnologiyalarının tətbiqinin xüsusi əhəmiyyət daşıdığını, bu yanaşmanın ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını, ümumiyyətlə, müasir dövrdə ali təhsildə yeni tədris texnologiyalarının tətbiqinin keyfiyyətli təhsil sisteminin əsas tələblərindən biri kimi ortaya çıxdığını diqqətə çatdırıb.

    Assosiasiyanın təsisçisi və icraçı direktoru İlhamə Cəfərli də tibbi təhsildə ümumi yanaşma, həmçinin müasir kriterilər haqda fikirlərini bildirərək, ATU ilə bu istiqamətdə göstərilən əməkdaşlığa maraqlı və hazır olduqlarını bildirib.

    Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ailə davam edən görüşdə tibb təhsili, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və peşəkar inkişaf istiqamətləri üzrə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib.

    Həmçinin gələcək əməkdaşlıq çərçivəsində tələbə və mütəxəssislərin beynəlxalq təcrübə mübadiləsi, ortaq təhsil və inkişaf proqramlarının hazırlanması, eyni zamanda bilik və bacarıqların artırılmasına yönəlmiş layihələrin həyata keçirilməsi məsələləri vurğulanıb.

    Görüş ATU və AABP arasında Anlaşma Memorandumunun imzalanması ilə yekunlaşıb.

    Memorandumla təsbit edilən əməkdaşlığın tərəflər arasında uzunmüddətli əlaqələrin inkişafı, beynəlxalq münasibətlərin genişləndirilməsi və tibb sahəsində müasir yanaşmaların tətbiqinə mühüm töhfə verəcəyi gözlənilir.










Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031