heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Şagirdlərimizin Beynəlxalq Elm və Mühəndislik Sərgisində uğuru

18-05-2026, 11:29 428 dəfə baxılıb


Dünyanın ən nüfuzlu elm və mühəndislik müsabiqəsi hesab olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil edən şagirdlər yüksək nailiyyət əldə ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumt yayıb.
Belə ki, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli müsabiqədə bürünc medal qazanıblar.
Eyni zamanda Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin 10-cu sinif şagirdi Səlman Sadıxzadə xüsusi mükafata layiq görülüblər.
Qeyd edək ki, beynəlxalq müsabiqə 9-15 may tarixlərində ABŞ-nin Arizona ştatının Feniks şəhərində keçirilib.
                                                                                                  
                                                                                                      
                                                    
                                                    
                                                    
                                                
                                                                                                   

                        






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031