Möhtərəm Daxili İşlər naziri, cənab general-polkovnik, hörmətli Vilayət Süleyman oğlu Eyvazov, Daxili İşlər Nazirliyinin dəyərli şəxsi heyəti və əziz polis veteranları!

Sizi 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavan həyat və şərəfli xidmətinizdə yeni-yeni uğurlar arzulayıram.
Bu il Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur. Bir əsrdən artıq şərəfli tarixə malik olan Azərbaycan Polisi dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və qanunun aliliyinin təmin edilməsində, vətəndaşlarımızın hüquq və təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərmiş, xalqın etimadını qazanan mühüm dövlət institutlarından birinə çevrilmişdir.
Bu gün də Sizin rəhbərliyiniz altında polis əməkdaşları yüksək peşəkarlıq, qətiyyət və Vətənə sonsuz sədaqətlə üzərlərinə düşən məsuliyyətli vəzifələri layiqincə yerinə yetirir, ölkəmizdə sabitliyin və təhlükəsizliyin etibarlı təminatçısı kimi fəaliyyətlərini uğurla davam etdirirlər.
Uca Allah Sizi, bütün polis əməkdaşlarını və polis veteranlarını qorusun, şərəfli xidmət yolunuz daim uğurlarla zəngin olsun!
Dərin hörmət və ehtiramla,
AR DİN DYP-nin təqaüddə olan polkovniki Vaqif Əsədov.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: