heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Saf əqidəli vətənpərvər iş adamı “El Holdin”qin prezidenti ELÇIN MURADOV

18-09-2023, 20:53 1 024 dəfə baxılıb

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, vətənpərvər iş adamı“El Holdin”qin prezidenti  ELÇIN MURADOV xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.

 “El Holdin”qin prezidenti  Elçin Muradovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə naminəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…"  “El Holdin”qin prezidenti  Elçin Muradov haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.  

Elçin Muradov öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət cəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən iş adamıdır ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir. 

Elçin Muradov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallıgı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Elçin Muradov elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan iş adamıdır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz. 

Oda hər kəsə bəllidir ki, Elçin müəllim yüksək savada və dünyagörüşə malik olan iş adamıdır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Elçin Muradova məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.

Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli  iş adamı Elçin Muradovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. 

iş adamı Elçin Muradov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. 

Holdinq rəhbərinin müraciəti 

ELÇIN MURADOV, EL HOLDINQIN PREZIDENTI 

Əziz müştərilərimiz, tərəfdaşlarımız və həmkarlarımız!
Azərbaycanda biznesin müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlər qrupundan biri olaraq, ölkəmizin tərəqqisi, sahibkarlığın inkişafı və xalqımızın rifah halının yüksəldilməsinə dəyərli töhfələr vermək kimi missiya daşımağımızdan qürur duyuruq.  
Hələ 1988-ci ildə, Azərbaycanda özəl sektorun inkişafının ilk illərində yaradılmış şirkətlərimiz bu gün sənaye istehsalı, tikinti, yük daşımaları, turizm və ticarət kimi sahələrdə uğurla çalışır. Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də tanınmış brendlərin Azərbaycanda təmsilçiliyinin təşkili və yüksək keyfiyyətli məhsulların Azərbaycana gətirilməsidir. 
Ölkəmizin son illərdə sürətli inkişafı və iqtisadi gücü, etibarlı biznes tərəfdaşı imicinin güclənməsi fəaliyyətimizin daha da genişlənməsi üçün zəmin yaratmışdır.
Bütün bu illər ərzində uğurlu fəaliyyətimizi biznes prinsiplərinə sadiq qalaraq bütün sahələrdə mükəmməllik nümayiş etdirmək, tərəfdaşlarımız və müştərilərimizin rəğbəti, korporativ idarəetmə sisteminin tətbiqi və peşəkar komandamız sayəsində təmin etməyə nail olmuşuq. Tərəfdaşlarla uzunmüddətli əməkdaşlığımızın əsasını səmimiyyət, şəffaflıq, dəyərlərə hörmət və müştəri məmnunluğu prinsipləri təşkil edir.
Həyata keçirdiyimiz layihələrin və ümumi fəaliyyətimizin keyfiyyətinin daim yüksəldilməsi və professionallığın artırılması məqsədilə əməkdaşlarımız mütəmadi olaraq, ölkədə və xaricdə keçirilən təlim və konfranslarda iştirak edirlər. Mütəmadi olaraq, istehsal sahələrindəki texnologiyalar yenilənir və nano-texnologiyalar tətbiq edilir.     
Bu gün biz fəaliyyətimizi Azərbaycanın hüdudlarından kənarda da davam etdirir, bir sıra ölkələrdə müxtəlif biznes layihələrdə fəal iştirak edir və strateji tərəfdaşlarımızın artırılmasına çalışırıq.
Azərbaycanda mövcud siyasi stabillik və davamlı iqtisadi inkişaf bizim də fəaliyyətimizin genişlənməsi üçün geniş imkanlar yaradır. "EL Holdinq" olaraq bundan sonra da müxtəlif layihələr və mövcud resursların Azərbaycana cəlb edilməsi vasitəsilə xalqımızı yüksək keyfiyyətli və zövqlü məhsullarla təchiz etmək missiyamızı davam etdirəcəyik. 


Mərhuba Usubova

Baş redaktor






Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Апрель 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930