heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

“Sədərək Yusif” Ramiz Mehdiyevlə yollarını ayırdı

20-03-2025, 20:08 630 dəfə baxılıb

Uzun illər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə biznes şəriki olan “Sədərək Yusif” kimi tanınan Yusif Qədiməliyev onunla yollarını ayırıb.
Heqiqixeber.az xəbər verir ki, bu baradə Gununsesi.info-ya məlumat verən mənbənin sözlərinə görə, Ramiz Mehdiyevin “vurulmasından” sonra sahibi olduğu Sədərək Ticarət Mərkəzini itirmək təhlükəsi qarşısında qalan Yusif Qədiməliyev bu addımı atmağa məcbur olub.
Hər ay Ramiz Mehdiyevə milyonlarla vəsait verən “Sədərək Yusif” əksər biznes layihələrində onu özünə şərik seçmişdi.
Bunun da müqabilində toxunulmazlıq statusu alan Yusif Qədiməliyev uzun illər on milyonlarla vergidən yayına bilmişdi.
Mənbəmizin məlumatına görə, Ramiz Mehdiyevin yola salınmasından sonra “Sədərək Yusif”in başının üstünü vergi orqanı alıb.
Qaynağımızın sözlərinə görə, Yusif Qədiməliyev həyatını əyləncə məclislərində keçirən oğlunu da həmin dövrdə Türkiyəyə köçürüb.
Artıq həbs təhlükəsi ilə üzləşən iş adamı Ramiz Mehdiyevdən imtina ilə yanaşı Sədərək Ticarət Mərkəzinin şəriki kimi yeni isim seçib.
Hakimiyyətdə söz sahibi olan həmin şəriki Yusif Qədiməliyevin həbsxanaya gedən yolunu bağlayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031