heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Abşeron RİH-də defakto tikinti ANLAŞMASI: Xırdalan şəhər 28-ci məhəllədə yaş ağaclar kəsilərək qanunsuz tikinti aparılır - VİDEO

2-07-2025, 16:34 29 dəfə baxılıb


Abşeron rayonunda son zamanlar qanunsuz tikinti aparılması ilə bağlı sosial platformada və xəbər saytlarında məlumatlar,videogörüntülərin yayılması hələ də səngimək bilmir.
Paytaxt.org  xəbər verir ki, Xırdalan şəhər 28-ci məhəllədə bir neçə yaş ağac kəsilərək qanunsuz tikinti aparılır.
Məlumatda bildirilir ki, Abşeron RİH tərəfindən Xırdalan şəhər 28-ci məhəllədə, 2 saylı məktəbin qarşısında sözügedən tikintiyə yaşıl işıq yandırılıb. Daxil olan məlumatda, şirkət və fərdi tikinti sahibi eləcə də sahibkarla özəl qaydalarla anlaşan İH-nin vəzifə sahibləri qanunsuz inşa işləri aparılmasına həmin anlaşmaya görə göz yumması deyilir. Bildirilir ki, nəticədə də yaşılıq məhv edilir, tikinti aparan sahibkar yaxın ətraf ərazilərdə nəqliyyat infrastrukturuna da ciddi zərər vurulmaqdan çəkinilmir. Baş verənlərlə bağlı yuxarıdan razılıq alındığı üçün şəhər meri də olaylara seyirci qalmaqdadı. Bunlarla yanaşı ərazidə kəsilən yaş ağaclarla bağlı da 11 saylı RETSİ olanları görməzdən gəlməsi işin içində ciddi maraq anlaşmasının olduğu idda edilir.
Məsələ ilə bağlı Abçeron rayon icra hakimiiyyətində heç bir məlumat ala bilmədik. Həçinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən eləcə də 11 saylı RETSİ- dən höküm sürən problemlə bağlı münasibət öyrənmək mümkün olmadı.

Qurumlarında mövzu ilə bağlı mövqeyini dərc etməyə hazırıq.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031