heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Oğurladıqları pulla “Tik-tok” videoları çəkən şəxslər tutulub

31-08-2021, 12:29 208 dəfə baxılıb

Oğurladıqları pulla “Tik-tok” videoları çəkən şəxslər tutulub


Oğurladıqları pulla “Tik-tok” videoları çəkən Cəlilabad sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarazəncir kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Mətləb Verdiyev və Samir Xəlilov saxlanılıblar.

Onların ev sahibinin olmadığı vaxt həmin evə daxil olaraq oradan 4500 manat pul oğurladıqları müəyyən edilib.

Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə sosial şəbəkələrdə videogörüntülər paylaşan həmin şəxslər çox çəkmədən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Aparılan araşdırmalarla M.Verdiyevin əlavə olaraq 1 yaşayış evi və 1 mağazadan ümumilikdə 620 manat nağd pul və 1 yardımçı tikilidən 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Июнь 2025    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30