heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

"Futbol Federasiyası ilə işlərimiz olacaq" - Yeni nazir Portuqaliya ilə oyundan danışdı

8-09-2021, 11:31 357 dəfə baxılıb

"Futbol Federasiyası ilə işlərimiz olacaq" - Yeni nazir Portuqaliya ilə oyundan danışdı


“Mən futbolu uşaqlıqdan sevirəm. Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.
 “Report” xəbərinə görə, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb: “Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya Bakı Olimpiya Stadionunda 0:3 hesabı ilə uduzub.





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728