heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Nərimanovda İlhamın "Təndir evi" İnsan orqanizmini təhlükə altına qoyur - VİDEO

8-01-2023, 18:24 572 dəfə baxılıb


Uzun illərdir ki, Azərbaycanın istehlak bazarında fərdi sahibkarlar tərəfindən “Təndir çörəyi” biznesi mövcuddur. Bu biznes dövlət tərəfindən tənzimlənmir. Bu çörək növünə tələbat yüksəkdir. Xüsusilə də yol kənarında fəaliyyət göstərən təndirlərdə bişirilən çörəklərə daha çox üstünlük verilir. Qeyd edək ki, cörəkbişirmə həddindən artıq liberal biznes formasına çevrilib. Kim harada və necə istəsə bişirə bilər. Hətta marketlərin içinə təndir qoyub çörək və ləvəngi bişirirlər.

Qaynarxett.az xəbər verir ki, Bakının Nərimanov rayonu Ağa Neymətulla kücəsi 272/278 ünvanında yerləşən"Təndir evi"ndə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların kobud şəkildə pozulması elə ilk baxışdan diqqəti cəlb edir. Belə ki, əməkdaşlarımız tərəfindən müəssisənin istehsal sahəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb edilmədən fəaliyyət göstərdiyi, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı müəyyənləşdirilib. Təsəvvür edin, burada cörək bişirənlərin hec müvafiq geyim paltarları belə yoxdur. Bu barədə soruşduqda işci qızlar bildirdilər ki, buranın sahibi İlhamdır, tapşırıb ki, nə lazım olsa ona zəng etsinlər.



İlhamla telefon əlaqəsi saxladiq, faktları deyib münasibətini öyrənmək istədik, cavabı isə konkret oldu:"Bütün qidanın (Qida Təhlükəsizliyi Agentliyi) işciləri, hətda Mirşahin də cörəyi buradan yeyir".

Qaynarxett.az olaraq Qida Təhlükəsizliyi Agentliyi ilə bu məsələyə aydınlıq gətirib oxuculara məlumat verəcəyik.

Qaynarxett.az





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Май 2025    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031