heqiqixeber.az
http://heqiqixeber.az
http://bizimlider.com

Millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi Türkiyə dərgisində

30-09-2025, 12:24 379 dəfə baxılıb

Yazıçı, millət vəkili İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi Türkiyədə nəşr olunan, məşhur yazarların və görkəmli ədəbiyyat simalarının da imzalarının yer aldığı “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”ndə işıq üzü görüb.
XALQ-ın məlumatına görə, bu hekayə milli mətbuatımızda, populyar ədəbi dərgilərimizdə və müxtəlif yerli saytlarımızda dəfələrlə dərc olunaraq geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Qeyd edək ki, “Bayquş və qarovulçu” hekayəsi haqqında dəyərli imza sahibləri, akademiklər, yazıçı və ədəbiyyat tənqidçilərinin resenziyaları, analitik müəllif rəy və yazıları, dəyərli fikirləri dərc olunub.
Son zamanların ədəbi hadisəsinə çevrilən hekayə Türkiyə mətbuatının da diqqətini cəlb edib. Belə ki, İ.İsmayılovun “Bayquş və qarovulçu” hekayəsini türk xalqları ədəbiyyatının təəssübkeşi, Azərbaycan mədəniyyəti və ədəbiyyatına hər zaman böyük sevgi ilə yanaşan, şair və yazıçılarımızın əsərlərini türk dilinə tərcümə edən tanınmış türk şairi və yazıçısı, tərcüməçi İmdat Avşar çevirib.
Böyük ədəbi zövqlə tərcümə edilən hekayə Türkiyədə yüksəktirajlı və ən çox oxunan “Türk ədəbiyyatı aylıq fikir və sənət dərgisi”nin sentyabr nömrəsində qardaş oxucularımıza təqdim olunub.
media-11 media-12





Smiley face

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031